Sentyabrın 17-də elm və təhsil naziri Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri Eral Osmanların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində ölkələr arasında universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində Bahçeşehir Kıbrıs Universiteti ilə inkişaf perspektivləri müzakirə edilib.