Təhsil 365 - Logo Mobile

Rektor yüksək balla BMU-ya qəbul olan tələbələrlə görüşüb

8217.09.2025 - 17:10
Rektor yüksək balla BMU-ya qəbul olan tələbələrlə görüşüb

Bakı Mühəndislik Universitetinə (BMU) builki qəbul imtahanlarında yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, görüşdə BMU-nun rektoru Yaqub Piriyev onları nailiyyətləri münasibətilə təbrik edib, qazandıqları uğurları yalnız şəxsi zəhmətin deyil, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın elmə, gəncliyə göstərdiyi diqqətin bariz nümunəsi adlandırıb. Rektor bu il Vətən müharibəsində tarixi Qələbənin 5 illiyinin qeyd edildiyini, böyük Zəfərin müəllifləri olan qəhrəman şəhidlərimiz və qazilərimizin fədakarlığının, xalqımızın birliyinin gənclər üçün əbədi örnək olduğunu deyib. Bildirib ki, tələbələrin üzərinə düşən əsas vəzifə bu Qələbənin ruhuna uyğun olaraq Vətənin inkişafına xidmət etmək, öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına, onun daha da qüdrətlənməsinə töhfə verməkdir. 

Yaqub Piriyev universitetdə tələbələrin rəqabətədavamlı mütəxəssis kimi formalaşmaları üçün yaradılan hərtərəfli imkanları, Çin və Cənubi Koreya universitetləri ilə icra olunan ikili diplom proqramlarını, nəzərdə tutulan bir sıra tələbəyönümlü yenilikləri diqqətə çatdırıb. Həmçinin BMU-nu seçən yüksək ballı abituriyentlərin sayında bu il də iki dəfəyə yaxın artımın qeydə alınmasını, 395 nəfərin 500-dən yuxarı, 53 nəfərin isə 600-700 bal arasında nəticə göstərməsini son zamanlarda aparılan islahatların, ali təhsil ocağının qazandığı uğurların nəticəsi kimi qiymətləndirib. “Universitetimizdəki müasir tədris prosesi bu il “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında dünya üzrə ilk TOP minliyə daxil olan Bakı Mühəndislik Universitetini seçməkdə yanılmadığınızı göstərəcək”- deyə rektor əminliyini ifadə edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən müxtəlif proqramlar, habelə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”ndan danışan Yaqub Piriyev hər il bu proqramlardan yüzlərlə gəncin  yararlandığını, dünyanın tanınmış universitetlərində oxumaq imkanı  qazandığını önə çəkib. Eyni zamanda, onların arasında BMU məzunlarının olduğunu bildirərək, tələbələrə bu müsbət nümunəni özlərinə örnək seçmələrini tövsiyə edib.    

Səmimi söhbət şəraitində keçən görüşdə tələbələr təhsil planları, arzuları və hədəfləri barədə fikirlərini bölüşüb. Onlara universitetdə yaradılan imkanlar, tələbə təşkilat və klubları, o cümlədən beynəlxalq mübadilə proqramlarında iştirak şansı, BMU Texnoparkında olan startap və innovasiya mərkəzləri barədə ətraflı məlumat verilib.

Sonda rektor tələbələrə uğurlar arzulayaraq, elm və biliyə söykənən hər bir nailiyyətin Azərbaycanın daha parlaq gələcəyinə töhfə olacağını bildirib.

Şəfa Məmmədova

Xəbər Lenti

XX əsrin ən böyük pandemiyası: İspan qripi17.09.2025 - 19:53
1937-ci ildə polio epidemiyası zamanı radiodan distant təhsil17.09.2025 - 19:42
Gecə göy üzündə ən parlaq ulduz - Sirius A17.09.2025 - 19:32
Togrul Nərimanbəyovun əsərlərində koloristik dinamika17.09.2025 - 19:23
Şərq mistik düşüncəsinin və ədəbiyyatın dahisi17.09.2025 - 19:13
Virus infeksiyaları və antiviral terapiya17.09.2025 - 19:03
Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb17.09.2025 - 18:52
BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb17.09.2025 - 18:42
Azərbaycanda "PeşəFest-2025" başlayıb17.09.2025 - 18:40
Dünyanın ən təmiz havası Svalbard adasında17.09.2025 - 18:32
Qarabağ Universitetinin Klinikasına media-tur təşkil olunub17.09.2025 - 18:22
Qoca Məmmədovun realist portret yaradıcılığı17.09.2025 - 18:22
DİM bu şəxslərə müraciət etdi17.09.2025 - 18:10
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilib17.09.2025 - 18:05
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Xankəndi şəhərində musiqi axşamı keçirilib17.09.2025 - 18:04
Bu ölkədə cəbhə bölgələrində çalışan müəllimlərə dəstək göstərildi 17.09.2025 - 17:55
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər17.09.2025 - 17:54
UNEC MBA dünyanın ən yaxşıları sırasında: QS MBA Rankings-də17.09.2025 - 17:45
Müəllimlərin sertifikatlaşdırma müsahibəsinin tarix və məkanı AÇIQLANIB17.09.2025 - 17:35
Ü. Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd olunacaq17.09.2025 - 17:30
Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar17.09.2025 - 17:28
“Təhsilsiz analar övladlarının gələcəyinə məhdudlaşdırır“17.09.2025 - 17:25
Xaricdə təhsil alan tələbələrin yaşayış xərcləri nə qədərdir?- ARAŞDIRMA17.09.2025 - 17:15
Medianın İnkişafı Agentliyinin könüllülük proqramı başa çatıb17.09.2025 - 17:11
İslam dünyasının filosofu və təbii elmlər pioneri17.09.2025 - 17:05
Satira və maarifçilik ideyaları – "Hophopnamə"17.09.2025 - 17:00
Hindistanlı tələbələr Almaniyada vizasız təhsil ala biləcək17.09.2025 - 17:00
Növbəti müsahibələr barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib17.09.2025 - 16:58
DİM-də növbəti təlim təşkil edilib17.09.2025 - 16:50
Oyunların uşaq təlimində əhəmiyyəti17.09.2025 - 16:47
Sevgi və dini fanatizm qarşıdurması – "Şeyx Sənan"17.09.2025 - 16:44
Məktəb psixoloqları üçün narkomanlığın profilaktikasına dair təlimat hazırlanacaq17.09.2025 - 16:40
Məktəbəqədər yaşda məntiqi və analitik düşüncəni inkişaf etdirmək yolları17.09.2025 - 16:30
Qəbul imtahanlarında yenilik: “Sistem getdikcə mürəkkəbləşir”17.09.2025 - 16:30
Bu xarici ölkələrdə təhsil alanların nəticələri uğursuzdur17.09.2025 - 16:29
Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək17.09.2025 - 16:28
Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb17.09.2025 - 16:25
Almaz obrazı və Cabbarlının sosial mesajı17.09.2025 - 16:24
Məktəbəqədər dövrdə psixoloji inkişaf və sosiallaşma17.09.2025 - 16:15
Dövlət hesabına xaricdə təhsil alanların məzun olduqları UNİVERSİTETLƏR17.09.2025 - 16:15
Bakı üzrə 69 layihə qalib olub17.09.2025 - 16:09
Satira və sosial tənqid – "Hacı Qara"17.09.2025 - 16:03
Şəki Dövlət peşə təhsil mərkəzi Oğuzda keçirilən festivalda təmsil olunub17.09.2025 - 16:00
Bu təhsil müəssisələri onlayn tədrisə keçdi17.09.2025 - 15:55
Qazaxda “Musiqi yaşadıqca həyat yaşayır” tədbiri keçirilib17.09.2025 - 15:47
Qarabağ Universitetinin tələbələri üçün yeni yataqxana kompleksi istifadəyə verilib 17.09.2025 - 15:43
Əli obrazı və cəmiyyətin tərəqqi mübarizəsi17.09.2025 - 15:42