Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi növbəti könüllülük proqramını uğurla başa çatdırıb. Proqram çərçivəsində gənc iştirakçılar media sahəsində praktik bilik və təcrübə əldə edərək, müxtəlif layihələrdə aktiv iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, könüllülər media idarəçiliyi, jurnalistika, sosial media və kommunikasiya sahələrində təlimlərdə iştirak edərək peşəkar bacarıqlarını inkişaf etdiriblər. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub və onların gələcək karyeralarında dəstək göstəriləcək.
Agentlik bu cür təşəbbüslərlə gənclərin medianın inkişafında rolunu artırmaq və onların yaradıcılıq potensialını reallaşdırmaq məqsədi daşıyır.