Norveçin şimalında yerləşən Svalbard arxipelaqı dünyanın ən təmiz havasına sahib bölgələrdən biri hesab olunur. Buradakı atmosferin təmizliyi o qədər yüksəkdir ki, tədqiqatçılar və turistlər üçün xüsusi maraq kəsb edir.
“Tehsil365” xəbər verir ki, Svalbard adasına ilk dəfə gedən insanlar havanın sıxlığına və yüksək təmizliyinə görə bəzi fiziki reaksiyalarla qarşılaşa bilərlər. Bu, başgicəllənmə, burun qanaması və orqanizmin adaptasiya prosesində digər yüngül əlamətlərlə müşahidə olunur.
Svalbardın təmiz havası həm ekoloji baxımdan qorunan bölgə olması, həm də sənaye tullantılarından uzaq mövqedə yerləşməsi ilə izah edilir. Adada havanın keyfiyyətinin qorunması üçün ciddi ekoloji qaydalar tətbiq olunur.
Bu səbəbdən Svalbard təkcə elmi araşdırmalar üçün deyil, həm də təbiətin ən saf formasını yaşamaq istəyən insanlar üçün unikal məkan sayılır.