İspaniya hökuməti ölkə üzrə 25,000 məktəbdə 8 milyon şagirdi əhatə edən Fövqəladə Hallara Hazırlıq Təlimi proqramını tətbiq edib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Məqsəd şagirdlərə iqlim dəyişikliyi ilə bağlı daşqınlar, meşə yanğınları, zəlzələlər və vulkan püskürmələri kimi fövqəladə hallara qarşı davranış qaydalarını öyrətməkdir. Proqram interaktiv media vasitəsilə təhlükə siqnallarının tanınması və təhlükəsizlik tədbirləri barədə məlumat verir.