Bilecik şəhərində maraqlı bir hadisə baş verib. Hürriyet Mahallesi Dumlupınar 5-ci küçədə yerləşən Milli Təhsil Müdirliyi binasına bir tülkü daxil olub.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Hadisəni görən bir vətəndaş tülkünü telefonla çəkərək sosial mediada paylaşıb. Videoda vətəndaş zarafatla tülküyə “Nə işin var Milli Təhsilde, təhsil üçünmü gəlmisən?” deyə şərh edib.
Tülkünü binada görən əməkdaşlar təəccüblənib və hadisə qısa müddət ərzində sosial mediada böyük maraq yaradıb. Videolarda tülkünün sakitcə binadan çıxdığı əks olunub. Vətəndaşlar və sosial media istifadəçiləri bu qeyri-adi hadisəyə müxtəlif reaksiyalar veriblər.
Bilecikdəki bu maraqlı anlar təbiətin şəhər həyatına necə sürprizlərlə qarışa biləcəyini bir daha göstərib. Hadisə həm yerli əhali, həm də sosial media istifadəçiləri arasında böyük maraq doğurub.