Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasında xüsusi konsert proqramı təşkil olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə tələbələrin ifasında Azərbaycanın musiqi mədəniyyətinin görkəmli nümayəndələri – dahi bəstəkar Üzeyir Hacıbəylinin və tanınmış bəstəkar, dirijor Müslüm Maqomayevin əsərləri səsləndirilib.
Konsert iştirakçıları həm klassik musiqi nümunələrini dinləyib, həm də müəllim və tələbələrin hazırladıqları zəngin repertuarla tanış olublar. Tədbir milli musiqi irsinin təbliği və gənc nəslin yaradıcı potensialının nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.