Təhsil 365 - Logo Mobile

Şeyxülislam Allahşükür Paşazadə: "Azərbaycan bütün dinlərə məxsus irsi bərpa edir"

6118.09.2025 - 13:07
Şeyxülislam Allahşükür Paşazadə: "Azərbaycan bütün dinlərə məxsus irsi bərpa edir"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyalar Alyansının dini məkanların qorunması üzrə birgə xüsusi sessiyasında çıxış edib. Tədbir Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayı çərçivəsində təşkil olunub.

“Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Sivilizasiyalar Alyansı və Astana qurultayları iki onillikdən artıq müddətdə bəşəriyyət naminə dialoqu təşviq edərək mühüm nailiyyətlər əldə edib. Şeyxülislam vurğulayıb ki, ksenofobiya təzahürlərinin, milli, dini və irqi zəmində qarşıdurmaya təhrik edən nifrət çağırışlarının artdığı indiki dövrdə sülh və qlobal problemlərin həlli baxımından dinc birgəyaşayış, qarşılıqlı anlayış mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq, multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, sivilizasiyalar və mədəniyyətlərarası dialoq dünyada ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirəlayiqdir ki, BMT-nin Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daim diqqətdə saxlayır”, – deyə o bildirib.

Şeyxülislam çıxışında vurğulayıb ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, din adından siyasi məqsədlər üçün sui-istifadə olunur. Biz söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm və ksenofobiya təzahürlərini, xüsusilə də dinlərin müqəddəs məkanlarına, dəyərləri və atributlarına, mədəni irs nümunələri və abidələrinə qarşı törədilən terror və vandalizm əməllərini qətiyyətlə pisləyirik”, – deyə QMİ sədri əlavə edib. Şeyxülislam bəyan edib ki, dünyanın bütün qaynar nöqtələrində, xüsusilə Yaxın Şərqdə və Qəzzada günahsız insanların qətliamına səbəb olan qanlı toqquşmaların dayandırılması, silahların susması, maddi-mənəvi irsə və dini məkanlara qarşı törədilən dağıntılara son qoyulması zəruridir. O, problemlərin beynəlxalq hüquq və BMT qətnamələri əsasında sülh yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulayıb. QMİ sədri qeyd edib ki, bugünkü xüsusi iclasın məqsədi dini məkanların qorunması sahəsində ən yaxşı milli və beynəlxalq təcrübələrin bölüşülməsi, VIII Astana Qurultayında real tövsiyələrin təqdim olunması kimi mühüm mərama xidmət edir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini BMT-nin Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladan şeyxülislam bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini, multikultural ənənələrə sadiq qalaraq bütün dinlərə məxsus abidələri – məscid və məbədləri yenidən bərpa və inşa edir. O, kultursidə məruz qalmış ərazilərdə dini-mənəvi irsin bərpa və qorunması yönündə görülən işlərə BMT Sivilizasiyalar Alyansının bu illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Elnarə İslamova

Xəbər Lenti

Gecə yuxusunun sağlamlıqdakı rolu18.09.2025 - 19:55
Türkiyədə Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş tədbir keçirilib18.09.2025 - 19:45
Gündəlik həyatda təzyiqi necə tənzimləmək olar18.09.2025 - 19:34
“Milli Musiqi Günü”nə həsr olunmuş maarifləndirici dərs keçirilib18.09.2025 - 19:23
Veteran idmançılar arasında cüdo yarışının açılış mərasimi keçirilib18.09.2025 - 19:10
Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib18.09.2025 - 18:53
Gəncədə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirilib18.09.2025 - 18:42
Gədəbəydə veloyürüş təşkil edilib18.09.2025 - 18:31
BSU-da “20 Sentyabr – Dövlət Suverenliyi Günü” dəyirmi masası keçirilib18.09.2025 - 18:22
Rasim Babayevin yaradıcılığında mifologiya və nağıl motivləri18.09.2025 - 18:10
Orta əsrlərdə maraqlı kitab sənəti haqqında fakt 18.09.2025 - 18:00
Argentinada təhsil və səhiyyə xərclərinin artırılması tələbi ilə kütləvi aksiya keçirilib18.09.2025 - 17:58
Dünyanın ilk kompüter virusu “brain” 1986-cı ildə yaranıb18.09.2025 - 17:45
ABŞ-də işçi qüvvəsinə tələb böyüyür, kollec diplomuna marağ azalır18.09.2025 - 17:45
2025-ci tədris ili üzrə ali məktəblərə yüksək balla qəbul olanların sayı18.09.2025 - 17:43
Maraqlı fakt: robotların sayı insanlardan çox ola bilər 18.09.2025 - 17:30
Universitetlərdə praktika uzadılsın: “Məzunlar işə daha hazırlıqlı olacaq”18.09.2025 - 17:30
Tarın qorunmasında UNESCO-nun müstəsna rolu18.09.2025 - 17:15
Dünyanın mədəni irsində dillərin rolu18.09.2025 - 17:00
"Abşeron" – Zəhmət insanlarının həyat salnaməsi18.09.2025 - 16:47
"Xortdanın cəhənnəm məktubları"– Satiranın gücü ilə cəmiyyətin tənqidi18.09.2025 - 16:26
"Danabaş kəndinin əhvalatları" – Maarifsizlikdən doğan faciələr18.09.2025 - 16:04
Simvolik məna və insanın daxili aləmi – "Ağ dəvə"18.09.2025 - 15:45
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib18.09.2025 - 15:27
Məhəbbət və vicdan qarşıdurması – "Beşmərtəbəli evin altıncı mərtəbəsi"18.09.2025 - 15:25
Xızıda "Dövlət Suverenliyi Günü"nə həsr olunmuş voleybol kuboku keçirilib18.09.2025 - 15:10
Psixoloji dramaturgiya nümunəsi – "Sən həmişə mənimləsən"18.09.2025 - 15:03
İnnovasiya: təhsildə yaradıcılığı təşviq edən amil18.09.2025 - 15:00
Şeyxülislam həzrətləri Astanada bir sıra görüşlər keçirib18.09.2025 - 14:57
Tanınmış tarixçi İlber Ortaylının Naxçıvan proqramı açıqlanıb18.09.2025 - 14:52
Həsrət və ümid motivləri – "Durna"18.09.2025 - 14:43
Oklahoma Ali Məhkəməsi yeni sosial elmlər standartlarını dayandırdı18.09.2025 - 14:37
Qazaxıstan torpağında BMT rəsmisi ilə görüş18.09.2025 - 14:29
Qobustanda “Gənc istedadlar sorağında” sərgisi keçirilib18.09.2025 - 14:22
Cəhalətin faciəsi – "Nadanlıq"18.09.2025 - 14:22
Naurızbay Taqanulı: "Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir"18.09.2025 - 14:10
Komitə sədri Almaniyanın Beynəlxalq Siyasət Akademiyasının nümayəndəsi ilə görüşüb18.09.2025 - 14:07
NDU-da “Sağlam gənclik – sağlam gələcək” təlimi keçirilib18.09.2025 - 13:52
Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər18.09.2025 - 13:37
NDU ilə referans Naxçıvan tibbi mərkəzi arasında anlaşma memorandumu imzalanıb18.09.2025 - 13:22
Bakıda Beynəlxalq STEAM Azərbaycan festivalı keçiriləcək18.09.2025 - 13:17
Milli Təhsil Müdirliyinə tülkü girdi 18.09.2025 - 12:52
Ümumi təhsil müəssisələrində yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb18.09.2025 - 12:47
Azərbaycan dünyəvi dövlət kimi dini dəyərləri qoruyur18.09.2025 - 12:33
Queen qrupunun solisti Frensis “Freddie” Merkuri – musiqi tarixinə iz qoyan əfsanə18.09.2025 - 12:30
Milli Musiqi Günündə konsert proqramı təqdim olunub18.09.2025 - 12:20
Məktəblərdə fövqəladə hallara hazırlıq təlimləri18.09.2025 - 12:12