Təhsil 365 - Logo Mobile

Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər

6318.09.2025 - 13:37
Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər

Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər 1 gün əvvəl 2 dəqiqəlik mütaliə Fransada yaşayan müsəlmanların əksəriyyəti son beş il ərzində irqçi münasibətlərə məruz qaldıqlarını bildirirlər. AZƏRTAC xəbər verir ki, bu, IFOP institutunun keçirdiyi sorğunun nəticəsi ilə təsdiqlənib.

“Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, sorğu 2000 müsəlmanmənşəli fransız vətəndaşı arasında aparılıb və narahatedici bir mənzərə ortaya qoyulub. Müsəlmanların 66 faizi irqçilik və ayrı-seçkiliyin qurbanı olduqlarını deyirlər. Araşdırma göstərib ki, 25 yaşdan aşağı müsəlmanların 75 faizi irqçi münasibətə məruz qalıb. Kişilər və qadınlar arasında fərq müşahidə olunmayıb – bu isə hicabla bağlı ictimai müzakirələrə baxmayaraq, ayrı-seçkiliyin həm kişiləri, həm qadınları eyni dərəcədə hədəf aldığını göstərir. Sorğuda iştirak edənlərin yarısı iş axtarışı zamanı, digərləri isə ev kirayələmə prosesində, barlara və ya diskoklublara girişdə, həkimlər və müəllimlərlə münasibətdə diskriminasiyaya məruz qaldıqlarını bildiriblər. Müsəlman respondentlərin 30–40 faizi bu cür təcrübələr yaşadığını qeyd edib.Paris Müsəlman Assosiasiyaları Koordinasiyasının sədri və paytaxtın cənub-qərbindəki məscidin rektoru Najat Benali vəziyyətin təəccüblü olmadığını bildirərək, 2022-ci ildə cümə namazından sonra kiçik bir sorğu aparıldığını, hər iki nəfərdən birinin artıq təhqir və ya zorakılıqla üzləşdiyini deyir. Ən diqqətçəkən məqam isə müsəlmanların 80 faizinin baş verənlərə baxmayaraq şikayət etməməsidir. Səbəb isə medianın və bəzi siyasətçilərin islamofob ifadələrinə qarşı sanksiyaların olmamasıdır. “Keçən həftə mənim məscidim daxil olmaqla, doqquz məscidin qarşısına donuz başları qoyuldu. Bəzi inanclılar bu başları götürüb zibil qutusuna atdı – polisə belə zəng etmədilər. Onlar üçün bu, artıq adi haldır”, – deyə N.Benali insanların irqçilikdən nə dərəcədə əziyyət çəkdiklərini, vəziyyətin çətinləşdiyini vurğulayıb. IFOP tərəfindən sorğulanan müsəlmanların 81 faizi son 10 ildə Fransada irqçiliyin artdığını düşünür. Bu isə cəmiyyətdə narahatlıq və qorxu hissini artırır. Xüsusilə hicablı qadınlar özlərini daha çox təhlükə altında hiss edirlər – 66 faizi təhqir və ya hücum qorxusu ilə yaşayır.

Tədqiqatçılar arasında uzun müddətdir ki, bu tip hücumlarda hansı parametrin daha ağır olması ilə bağlı mübahisələr gedir: etnik və ya irqimənşəli, yoxsa əlverişsiz qonşuluqda yaşamaq. IFOP sorğu institutu tərəfindən müsahibə edilən qurbanların yarısı, məhz dinlərinə görə hədəf olduqlarını deyiblər. Bundan əlavə, sosial status da qoruyucu amil deyil. Sorğu nəticələri göstərir ki, yüksəktəhsilli və yüksək vəzifədə çalışan müsəlmanlar da təhqir və ayrı-seçkilikdən sığortalanmayıblar. Sorğu Paris Böyük Məscidinin rektoru Şəmsəddin Hafiz tərəfindən sifariş olunub. “Məqsədim gerçəyi ortaya qoymaq və inkarla vidalaşmaq idi. Biz konkret rəqəmlərlə mövcud vəziyyəti göstərmək və güclü cavab almaq istəyirik”, – deyə o, məscidin rəsmi saytında yazıb. Fransada islamofobiya və irqçiliklə bağlı narahatlıqlar yalnız fərdi təəssüratlar deyil, artıq statistik faktlardır. Müsəlman icması gündəlik həyatda artan basqılar və ayrı-seçkiliklə üz-üzədir. Bu sorğu həm ictimaiyyətin, həm də hökumətin məsələyə ciddi yanaşmasının zəruriliyini bir daha gündəmə gətirir.

Elnarə İslamova

Xəbər Lenti

Gecə yuxusunun sağlamlıqdakı rolu18.09.2025 - 19:55
Türkiyədə Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş tədbir keçirilib18.09.2025 - 19:45
Gündəlik həyatda təzyiqi necə tənzimləmək olar18.09.2025 - 19:34
“Milli Musiqi Günü”nə həsr olunmuş maarifləndirici dərs keçirilib18.09.2025 - 19:23
Veteran idmançılar arasında cüdo yarışının açılış mərasimi keçirilib18.09.2025 - 19:10
Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib18.09.2025 - 18:53
Gəncədə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirilib18.09.2025 - 18:42
Gədəbəydə veloyürüş təşkil edilib18.09.2025 - 18:31
BSU-da “20 Sentyabr – Dövlət Suverenliyi Günü” dəyirmi masası keçirilib18.09.2025 - 18:22
Rasim Babayevin yaradıcılığında mifologiya və nağıl motivləri18.09.2025 - 18:10
Orta əsrlərdə maraqlı kitab sənəti haqqında fakt 18.09.2025 - 18:00
Argentinada təhsil və səhiyyə xərclərinin artırılması tələbi ilə kütləvi aksiya keçirilib18.09.2025 - 17:58
Dünyanın ilk kompüter virusu “brain” 1986-cı ildə yaranıb18.09.2025 - 17:45
ABŞ-də işçi qüvvəsinə tələb böyüyür, kollec diplomuna marağ azalır18.09.2025 - 17:45
2025-ci tədris ili üzrə ali məktəblərə yüksək balla qəbul olanların sayı18.09.2025 - 17:43
Maraqlı fakt: robotların sayı insanlardan çox ola bilər 18.09.2025 - 17:30
Universitetlərdə praktika uzadılsın: “Məzunlar işə daha hazırlıqlı olacaq”18.09.2025 - 17:30
Tarın qorunmasında UNESCO-nun müstəsna rolu18.09.2025 - 17:15
Dünyanın mədəni irsində dillərin rolu18.09.2025 - 17:00
"Abşeron" – Zəhmət insanlarının həyat salnaməsi18.09.2025 - 16:47
"Xortdanın cəhənnəm məktubları"– Satiranın gücü ilə cəmiyyətin tənqidi18.09.2025 - 16:26
"Danabaş kəndinin əhvalatları" – Maarifsizlikdən doğan faciələr18.09.2025 - 16:04
Simvolik məna və insanın daxili aləmi – "Ağ dəvə"18.09.2025 - 15:45
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib18.09.2025 - 15:27
Məhəbbət və vicdan qarşıdurması – "Beşmərtəbəli evin altıncı mərtəbəsi"18.09.2025 - 15:25
Xızıda "Dövlət Suverenliyi Günü"nə həsr olunmuş voleybol kuboku keçirilib18.09.2025 - 15:10
Psixoloji dramaturgiya nümunəsi – "Sən həmişə mənimləsən"18.09.2025 - 15:03
İnnovasiya: təhsildə yaradıcılığı təşviq edən amil18.09.2025 - 15:00
Şeyxülislam həzrətləri Astanada bir sıra görüşlər keçirib18.09.2025 - 14:57
Tanınmış tarixçi İlber Ortaylının Naxçıvan proqramı açıqlanıb18.09.2025 - 14:52
Həsrət və ümid motivləri – "Durna"18.09.2025 - 14:43
Oklahoma Ali Məhkəməsi yeni sosial elmlər standartlarını dayandırdı18.09.2025 - 14:37
Qazaxıstan torpağında BMT rəsmisi ilə görüş18.09.2025 - 14:29
Qobustanda “Gənc istedadlar sorağında” sərgisi keçirilib18.09.2025 - 14:22
Cəhalətin faciəsi – "Nadanlıq"18.09.2025 - 14:22
Naurızbay Taqanulı: "Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir"18.09.2025 - 14:10
Komitə sədri Almaniyanın Beynəlxalq Siyasət Akademiyasının nümayəndəsi ilə görüşüb18.09.2025 - 14:07
NDU-da “Sağlam gənclik – sağlam gələcək” təlimi keçirilib18.09.2025 - 13:52
NDU ilə referans Naxçıvan tibbi mərkəzi arasında anlaşma memorandumu imzalanıb18.09.2025 - 13:22
Bakıda Beynəlxalq STEAM Azərbaycan festivalı keçiriləcək18.09.2025 - 13:17
Şeyxülislam Allahşükür Paşazadə: "Azərbaycan bütün dinlərə məxsus irsi bərpa edir"18.09.2025 - 13:07
Milli Təhsil Müdirliyinə tülkü girdi 18.09.2025 - 12:52
Ümumi təhsil müəssisələrində yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb18.09.2025 - 12:47
Azərbaycan dünyəvi dövlət kimi dini dəyərləri qoruyur18.09.2025 - 12:33
Queen qrupunun solisti Frensis “Freddie” Merkuri – musiqi tarixinə iz qoyan əfsanə18.09.2025 - 12:30
Milli Musiqi Günündə konsert proqramı təqdim olunub18.09.2025 - 12:20
Məktəblərdə fövqəladə hallara hazırlıq təlimləri18.09.2025 - 12:12