Qobustan Gənclər Evi SXM-nin əməkdaşı Bəkirova Xanımın təşəbbüsü ilə, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qobustan rayon Mərkəzi Kitabxana Sistemi və Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbi ilə birgə “Gənc istedadlar sorağında” adlı sərgi təşkil edilib.
Qobustan gəncləri evindən “Tehsil365”ə məlumat verilib ki, tədbir gənclərin yaradıcı potensialını üzə çıxarmağa, bədii-estetik zövqlərinin formalaşmasına və mədəni mühitə inteqrasiyasına böyük töhfə verib. Sərginin reallaşmasına dəstək göstərən bütün təşkilatlara təşəkkür edilib.