Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının əməkdaşları üçün “İlkin tibbi yardım” mövzusunda təlim təşkil edilib.
Naxçıvan Dövlət Universiterindən “Tehsil365”ə məlunat verilib ki, təlim “Sağlam gənclik – sağlam gələcək” layihəsi çərçivəsində Tibb fakültəsinin əməkdaşı Sahib Abuzərov və layihə üzvləri Bəhriyyə Mustafayeva və Aydanur Yeşilbağ tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılara idman məşqləri zamanı uşaqlar arasında yarana biləcək təcili hallarda ilkin tibbi yardımın göstərilməsi, əsas müayinə prinsipləri və yardım üsulları əyani şəkildə izah olunub.