Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (#SAF 2025) baş tutacaq.
“Tehsil365” xəbər verir ki, bu barədə “Azərbaycan Müəllimləri” rəsmi səhifəsində paylaşım edib.Bu il festival “Beş il innovasiya, gələcəyə birgə addım” mövzusu ilə təqdim olunur. Tədbirin məqsədi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat istiqamətlərində təhsil alan gənclərin bilik və bacarıqlarını nümayiş etdirmək, həmçinin yeni ideyaların paylaşılması üçün beynəlxalq platforma yaratmaqdır.
Festival çərçivəsində müxtəlif ölkələrdən mütəxəssislərin iştirakı ilə təqdimatlar, interaktiv sərgilər, elmi-texniki layihələrin nümayişi və yaradıcılıq müsabiqələri keçiriləcək. Gənclər, müəllimlər və innovasiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulan tədbir STEAM təhsilinin inkişafı, elmi-texnoloji yeniliklərin təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.