Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17-18 sentyabr 2025-ci il tarixlərində Xızı şəhər tam orta məktəbdə "20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi günü"nə həsr olunmuş voleybol üzrə idarə, müəssisə və təşkilatlar arasında Xızı rayon kuboku keçirilib.
" Təhsil365” xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Xızı Rayon Polis Şöbəsinin komandası birinci, Xızı Rayon Dövlət Yağından Mühafizə Hissəsinin komandası ikinci, Xızı şəhər tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Məqsəd rayonda voleybol idman növünün kütləviliyinin təmin edilməsi, gənclər və böyüklər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliğidir.
Qalib və mükafatçılar diplom və kubokla təltif olunub.