Elçinin “Ağ dəvə” hekayəsi müasir Azərbaycan nəsrində fəlsəfi-psixoloji məzmunu ilə seçilir.
“Tehsil365” təhlil edir ki, əsərdə ağ dəvə obrazı simvolik məna daşıyır – insanın ümidlərini, xəyallarını və azadlıq arzusunu təcəssüm etdirir. Müəllif bu əsərdə insanın daxili aləmini, həyatın mənasını və taleyin gözlənilməzliklərini dərin psixoloji boyalarla təsvir edir.