Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri Azərbaycan satirik nəsrinin maraqlı nümunələrindəndir.
“Tehsil365” təhlil edir ki, burada müəllif qeyri-adi üslub seçərək “Xortdan” obrazını danışdırır və onun cəhənnəmdən yazdığı məktublar vasitəsilə dövrün ictimai-əxlaqi eybəcərliklərini açıb göstərir. Əsərdə rüşvət, nadanlıq, cahillik, mövhumat güclü satira hədəfinə çevrilir. Haqverdiyev yumorla, istehza ilə oxucunu güldürərək düşündürür. Əsərin əsas dəyəri xalqı cəhalətə qarşı maarifçilik ruhunda oyatmaqdır.