Dünyada hazırda 6 mindən çox dil mövcuddur. Bu dillərin bir çoxu minilliklər boyu formalaşaraq müxtəlif xalqların tarixini, mədəniyyətini və dünyagörüşünü yaşatmaqdadır.
"Tehsil365" xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, bu dillərin yarıdan çoxu yaxın onilliklərdə yox olmaq təhlükəsi ilə üz-üzədir. Əsas səbəblər arasında qloballaşma, gənc nəsillərin ana dilindən uzaqlaşması və mədəni müxtəlifliyin zəifləməsi göstərilir.
Mütəxəssislər bildirirlər ki, hər dilin itməməsi üçün həm yerli icmalar, həm də beynəlxalq təşkilatlar xüsusi layihələr həyata keçirməli və mədəni irsi qorumağa çalışmalıdırlar.