Azərbaycanın ən qədim və məşhur musiqi alətlərindən biri olan tar əsrlər boyu xalqın musiqi mədəniyyətində mühüm yer tutub. O, həm muğamın, həm də bir çox xalq mahnılarının ayrılmaz hissəsi hesab olunur.
"Tehsil365" xəbər verir ki, 2012-ci ildə tar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu qərar milli musiqimizin dünyada tanıdılmasına və qorunmasına böyük töhfə verib.
Mütəxəssislər hesab edirlər ki, tarın qorunması və yeni nəsillərə ötürülməsi Azərbaycan mədəniyyətinin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.