Mütəxəssislərin hesablamalarına görə, yaxın onilliklərdə dünyada sənaye və xidmət sahələrində istifadə olunan robotların sayı insanların sayını ötə bilər. Bu, texnologiyanın sürətli inkişafının göstəricisi hesab olunur.
"Tehsil365" xəbər verir ki, hazırda yalnız sənaye sektorunda 3 milyondan çox robot fəaliyyət göstərir. Onların sayı hər il yüz minlərlə artır və süni intellektlə təchiz olunan modellər daha geniş tətbiq olunur.
Gələcəkdə robotların həm gündəlik həyatda, həm də iş yerlərində daha çox rol alacağı gözlənilir. Bu proses isə həm yeni imkanlar, həm də çağırışlar yaradacaq.