Orta əsrlərdə Avropada kitablar nadir və qiymətli əşyalar sayılırdı. Onlar əsasən kilsələrdə və zəngin şəxslərin kolleksiyalarında saxlanılırdı. Bu dövrdə kitab yazmaq həm sənət, həm də zəhmət tələb edən bir proses idi.
"Tehsil365" xəbər verir ki monastırlarda rahiblər scriptorium adlanan xüsusi otaqlarda kitabları əl ilə yazır və bəzəyirdilər. Bu proses həftələrlə davam edirdi və hər bir nüsxə xüsusi diqqətlə hazırlanırdı. Kitabların əl ilə hazırlanması həm səhvlərə, həm də müxtəlif versiyaların yaranmasına səbəb olurdu.
Beləliklə, orta əsrlərin əl yazmaları yalnız məlumat mənbəyi deyil, həm də sənət və tarix baxımından əvəzsiz miras hesab olunur.