Təhsil 365 - Logo Mobile

Universitetlərdə praktika uzadılsın: “Məzunlar işə daha hazırlıqlı olacaq”

8218.09.2025 - 17:30
Universitetlərdə praktika uzadılsın: “Məzunlar işə daha hazırlıqlı olacaq”

Universitetlərdə praktikaların müddətinin artırılması təhsil keyfiyyətinin yüksəldilməsi, əmək bazarına uyğun kadrların hazırlanması və gənclərin iş tapmaq imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır.

Hazırda Azərbaycanda əksər ali məktəblərdə praktika müddəti 4-6 həftə arasında müəyyənləşdirilir ki, bu da tələbələrin nəzəri biliklərini real mühitdə sınaması üçün kifayət etmir. Halbuki “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsində açıq göstərilir ki, ali təhsilin əsas məqsədlərindən biri əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır.

Tehsil365 in məlumatına əsasən, bu barədə AzEdu.az-a Kamran Əsədov açıqlamasında bildirib.

Statistika və iş tapmaq imkanları

"Azərbaycanda universitet məzunlarının 35-40 faizi təhsil aldıqları ixtisas üzrə ilk illərdə işlə təmin olunmur. Bunun səbəblərindən biri işəgötürənlərin “təcrübə” tələb etməsi, lakin məzunların bu təcrübəyə malik olmamasıdır. Əgər universitetlərdə praktika müddəti artırılaraq ən azı bir semestr davam etsə və bu proses rəsmi sənədləşdirilsə, tələbələr həm real təcrübə qazanacaq, həm də CV-lərində bunu göstərməklə iş tapmaqda üstünlük əldə edəcəklər".

Beynəlxalq təcrübə nə deyir?

"Dünya təcrübəsinə baxdıqda, Almaniyanın “dual təhsil” modelində tələbələr təhsil müddətinin yarısını iş yerlərində keçirir və bu təcrübə rəsmi şəkildə tanınır. Finlandiyada bakalavr pilləsində ən azı bir semestr praktika tələb olunur. Türkiyədə isə bir çox universitetdə son semestrlər məhz praktika formasında təşkil edilir. Azərbaycanda isə praktika çox vaxt formal xarakter daşıyır, müəssisələr tələbələri qəbul etsə də, onları real iş prosesinə cəlb etmir".

Nazirliyin təşəbbüsləri və balanslı yanaşma

"Elm və Təhsil Nazirliyi son illərdə praktika məsələsinə xüsusi diqqət ayırır. Nazirlik universitetlərlə müəssisələr arasında əməkdaşlıq müqavilələrinin genişləndirilməsi və tədris planlarının əmək bazarına uyğunlaşdırılması istiqamətində iş aparır. Bu yanaşma tələbələrin gələcək karyera imkanlarını genişləndirəcək, ali təhsilin dəyərini artıracaq.

Praktika müddətinin artırılması və rəsmiləşdirilərək tələbələrin CV-lərində iş təcrübəsi kimi tanınması məzunların iş tapmaq imkanlarını xeyli yaxşılaşdıracaq. Bu yanaşma həm dövlətin kadr siyasətinə, həm də gənclərin şəxsi karyera inkişafına müsbət təsir göstərəcək. Beynəlxalq təcrübə ilə uyğunlaşdırılmış praktika modeli universitetlərin əmək bazarına daha hazırlıqlı kadrlar təqdim etməsinə imkan verəcək".

Şəfa Məmmədova

Xəbər Lenti

Gecə yuxusunun sağlamlıqdakı rolu18.09.2025 - 19:55
Türkiyədə Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş tədbir keçirilib18.09.2025 - 19:45
Gündəlik həyatda təzyiqi necə tənzimləmək olar18.09.2025 - 19:34
“Milli Musiqi Günü”nə həsr olunmuş maarifləndirici dərs keçirilib18.09.2025 - 19:23
Veteran idmançılar arasında cüdo yarışının açılış mərasimi keçirilib18.09.2025 - 19:10
Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib18.09.2025 - 18:53
Gəncədə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirilib18.09.2025 - 18:42
Gədəbəydə veloyürüş təşkil edilib18.09.2025 - 18:31
BSU-da “20 Sentyabr – Dövlət Suverenliyi Günü” dəyirmi masası keçirilib18.09.2025 - 18:22
Rasim Babayevin yaradıcılığında mifologiya və nağıl motivləri18.09.2025 - 18:10
Orta əsrlərdə maraqlı kitab sənəti haqqında fakt 18.09.2025 - 18:00
Argentinada təhsil və səhiyyə xərclərinin artırılması tələbi ilə kütləvi aksiya keçirilib18.09.2025 - 17:58
Dünyanın ilk kompüter virusu “brain” 1986-cı ildə yaranıb18.09.2025 - 17:45
ABŞ-də işçi qüvvəsinə tələb böyüyür, kollec diplomuna marağ azalır18.09.2025 - 17:45
2025-ci tədris ili üzrə ali məktəblərə yüksək balla qəbul olanların sayı18.09.2025 - 17:43
Maraqlı fakt: robotların sayı insanlardan çox ola bilər 18.09.2025 - 17:30
Tarın qorunmasında UNESCO-nun müstəsna rolu18.09.2025 - 17:15
Dünyanın mədəni irsində dillərin rolu18.09.2025 - 17:00
"Abşeron" – Zəhmət insanlarının həyat salnaməsi18.09.2025 - 16:47
"Xortdanın cəhənnəm məktubları"– Satiranın gücü ilə cəmiyyətin tənqidi18.09.2025 - 16:26
"Danabaş kəndinin əhvalatları" – Maarifsizlikdən doğan faciələr18.09.2025 - 16:04
Simvolik məna və insanın daxili aləmi – "Ağ dəvə"18.09.2025 - 15:45
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib18.09.2025 - 15:27
Məhəbbət və vicdan qarşıdurması – "Beşmərtəbəli evin altıncı mərtəbəsi"18.09.2025 - 15:25
Xızıda "Dövlət Suverenliyi Günü"nə həsr olunmuş voleybol kuboku keçirilib18.09.2025 - 15:10
Psixoloji dramaturgiya nümunəsi – "Sən həmişə mənimləsən"18.09.2025 - 15:03
İnnovasiya: təhsildə yaradıcılığı təşviq edən amil18.09.2025 - 15:00
Şeyxülislam həzrətləri Astanada bir sıra görüşlər keçirib18.09.2025 - 14:57
Tanınmış tarixçi İlber Ortaylının Naxçıvan proqramı açıqlanıb18.09.2025 - 14:52
Həsrət və ümid motivləri – "Durna"18.09.2025 - 14:43
Oklahoma Ali Məhkəməsi yeni sosial elmlər standartlarını dayandırdı18.09.2025 - 14:37
Qazaxıstan torpağında BMT rəsmisi ilə görüş18.09.2025 - 14:29
Cəhalətin faciəsi – "Nadanlıq"18.09.2025 - 14:22
Qobustanda “Gənc istedadlar sorağında” sərgisi keçirilib18.09.2025 - 14:22
Naurızbay Taqanulı: "Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir"18.09.2025 - 14:10
Komitə sədri Almaniyanın Beynəlxalq Siyasət Akademiyasının nümayəndəsi ilə görüşüb18.09.2025 - 14:07
NDU-da “Sağlam gənclik – sağlam gələcək” təlimi keçirilib18.09.2025 - 13:52
Fransada müsəlmanların əksəriyyəti son beş ildə daha çox irqçiliklə üzləşiblər18.09.2025 - 13:37
NDU ilə referans Naxçıvan tibbi mərkəzi arasında anlaşma memorandumu imzalanıb18.09.2025 - 13:22
Bakıda Beynəlxalq STEAM Azərbaycan festivalı keçiriləcək18.09.2025 - 13:17
Şeyxülislam Allahşükür Paşazadə: "Azərbaycan bütün dinlərə məxsus irsi bərpa edir"18.09.2025 - 13:07
Milli Təhsil Müdirliyinə tülkü girdi 18.09.2025 - 12:52
Ümumi təhsil müəssisələrində yeni təmayül tədris modelinin tətbiqinə başlanılıb18.09.2025 - 12:47
Azərbaycan dünyəvi dövlət kimi dini dəyərləri qoruyur18.09.2025 - 12:33
Queen qrupunun solisti Frensis “Freddie” Merkuri – musiqi tarixinə iz qoyan əfsanə18.09.2025 - 12:30
Milli Musiqi Günündə konsert proqramı təqdim olunub18.09.2025 - 12:20
Məktəblərdə fövqəladə hallara hazırlıq təlimləri18.09.2025 - 12:12