Argentinada minlərlə insan paytaxt Buxeresdə küçələrə çıxaraq hökumətdən təhsil və səhiyyəyə ayrılan vəsaitin artırılmasını tələb edib.
“Tehsil365” xəbər verir ki, aksiyaçılar universitetlərə maliyyələşmənin kifayət qədər olmamasını və uşaqlar üçün nəzərdə tutulan səhiyyə xidmətlərində ciddi çatışmazlıqları vurğulayıblar. Onlar xüsusilə müəllim maaşlarının artırılması, universitetlərin infrastrukturunun yenilənməsi və pediatriya müəssisələrinin maliyyə dəstəyi ilə təmin edilməsini istəyiblər.
Etirazçılar, həmçinin, prezident Xavyer Mileinin parlamentin qəbul etdiyi, lakin veto qoyduğu qanunların ləğv edilməsini tələb ediblər. Parlamentin Nümayəndələr Palatası artıq veto qərarlarının ləğvi barədə səs verib, lakin bunun qüvvəyə minməsi üçün Senatın da razılığı lazımdır.
Müşahidəçilərin fikrincə, bu gərginlik oktyabr ayında keçiriləcək yarımmüddətli parlament seçkiləri ərəfəsində hökumətin mövqelərinə təsir göstərə bilər.