Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, Nəsimi Rayon İcra Hakimiyyəti və Ağsaqqallar Şurası ilə birgə “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş dəyirmi masa təşkil edilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə universitetin müəllim və tələbələri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dəyirmi masa zamanı Azərbaycanın dövlət müstəqilliyinin qorunması, Konstitusiya əhəmiyyəti və suverenliyimizin tarixi əhəmiyyəti barədə geniş müzakirələr aparılıb.
İştirakçılar qeyd ediblər ki, hər bir vətəndaş dövlətimizin möhkəmlənməsində fəal rol oynamalı və milli dəyərlərin qorunmasına töhfə verməlidir.
Tədbir suverenlik tariximizin öyrənilməsi və gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədini daşıyıb.