18 sentyabr tarixində Gədəbəy rayonu üzrə gənclər və idman sektoru və Gədəbəy Rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi tərəfindən uşaq və yeniyetmələr arasında veloyürüş təşkil edilib.
“Tehsil365” xəbər verir ki, 16 nəfər həvəskardan ibarət veloyürüş iştirakçıları Gədəbəy rayon stadionundan start götürərək Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə kimi 2000 metr məsafəni qət ediblər.
Veloyürüşün keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir.