18 sentyabr Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan professional musiqi məktəbinin banisi, ilk operamızın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edənlər Üzeyir Hacıbəylinin musiqi irsinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən danışıblar. Konsertdə Xalq çalğı alətləri orkestri, dirijor Xəyal Qəhrəmanovun rəhbərliyi ilə bəstəkarın əsərlərini və milli musiqi nümunələrini ifa edib.