17-18 sentyabr 2025-ci il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli" çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Əliheydər Qarayev, adı çəkilən qurumların digər əməkdaşları və idmançılar iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
40 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində I, II və III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib.
Qalib gələn yeniyetmə idmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.