Sentyabrın 17-də Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində veteran idmançılar arasında cüdo yarışının açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək veteran cüdoçuları salamlayıb, onlara uğurlar arzulayıb.
Ardınca Azərbaycan idmanının inkişafında mühüm xidmətləri olan bir qrup veteran idmançı təltif olunub. Proqram milli rəqslərin ifası ilə davam edib. Rəsmi hissədən sonra cüdo yarışının finallarına start verilib. Sonda qaliblər mükafatlandırılıblar.