70 nömrəli məktəb liseyin 3A sinfində “Milli Musiqi Günü”nə həsr olunmuş maarifləndirici xüsusi dərs keçirilib.
“Tehsil365” xəbər verir ki, öncə şagirdlər Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himninin ifa etmişdir.Daha sonra sinif müəllimi Nüşabə Rüstəmova Azərbaycan musiqisi, Milli Musiqi Gününün tarixi və görkəmli musiqiçi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
Azərbaycan incəsənət tarixində xüsusi rolu olan Üzeyir Hacıbəyovun müəllifi olduğu "O olmasın, bu olsun", "Arşın mal alan" bədii filmlərindən fraqmentlər, "Sənsiz" romansı və digər videoçarxlar nümayiş etdirilib.