Bakı Dövlət Universitetinin 2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən V qrup ixtisaslarının keçid balları açıqlanıb.
“Tehsil365” xəbər verir ki, məlumata görə, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (Qazax filialı) ixtisası üzrə minimal keçid balı 129.7 müəyyən edilib.
Qeyd edək ki, hər il ali təhsil müəssisələrinə qəbul zamanı ixtisasların keçid balları abituriyentlərin nəticələrinə uyğun olaraq formalaşdırılır. Bu da gələcəkdə ixtisas seçiminə yönələn gənclər üçün mühüm göstərici hesab olunur.

