Beyləqan rayonunun Kəbirli kənd 1 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilib.
“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, hər il növbəlilik və prioritetlik prinsipləri əsasında ölkə üzrə təhsil infrastrukturunun yenilənməsi istiqamətində layihələr icra olunur.
Nazirlikdən bildirilib ki, əsas məqsəd müasir, əlverişli və funksional təhsil mühitinin yaradılmasıdır.

