Mütəxəssislərin fikrincə, sağlam yuxunun qorunması üçün texnologiyadan müəyyən vaxtlarda uzaq qalmaq vacibdir. Telefon, planşet və kompüter kimi cihazlardan yayılan mavi işıq beynin melatonin hormonunun ifrazını ləngidir və bu da yuxusuzluğa səbəb ola bilər.
“Tehsil365”in araşdırmasına əsasən, yatmazdan ən azı 1 saat əvvəl cihazlardan istifadəni dayandırmaq yuxu keyfiyyətini yaxşılaşdırır. Bunun əvəzinə kitab oxumaq, sakit musiqiyə qulaq asmaq və ya qısa meditasiya etmək bədənin dincəlməsinə kömək edir.
Həkimlər xüsusilə gənclərə və uşaqlara texnologiyadan asılılığı azaltmağı, yuxu rejiminə riayət etməyi tövsiyə edirlər. Çünki yaxşı yuxu yalnız fiziki sağlamlıq üçün deyil, həm də psixoloji balans və gündəlik məhsuldarlıq üçün əsas amillərdəndir.