20–21 sentyabr 2025-ci il tarixlərində Şəki Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 30-cu ölkə birinciliyində Sumqayıt idmançısı Nuray Dolçayeva fərdi çıxışda çoxnövçülük üzrə bürünc medal qazanıb.
Gənclər və İdman Nazirliyindən “Tehsil365”ə məlumat verilib ki, yarışda həmçinin 2016–2017-ci il təvəllüdlü gimnastların alətsiz qrup hərəkətlərində Abşeron rayon komandası üçüncü yeri tutaraq bürünc medalın sahibi olub.
İdmançıların uğurunda məşqçilər Fatimə Qurbanova və Aygül Babaşovanın əməyi xüsusi qeyd olunub.