Təhsil 365 - Logo Mobile

"Valideynlərdən məktəblərdə məcburi pul yığımı qanunsuzdur" – Əli Ələkbərov

14723.09.2025 - 17:29
"Valideynlərdən məktəblərdə məcburi pul yığımı qanunsuzdur" – Əli Ələkbərov

“Sentyabrın 15-dən yeni tədris ilinin başlanması ilə bir çox məktəblərdə valideyn komitələri tərəfindən “fond pulu”, “zibil pulu” və digər adlar altında vəsaitlərin toplanması halları müşahidə olunur. Belə ödənişlərin məbləği əvvəlcədən müəyyən edilərək valideynlərdən hər ay 15–20 manat məcburi şəkildə tələb edilir.”

Bu barədə təhsil eksperti Əli Ələkbərov “Tehsil365”ə bildirib:

“Qanunvericilik açıq şəkildə göstərir ki, dövlət ümumtəhsil müəssisələrində təhsil ödənişsizdir. Buna görə də valideynlərdən belə məcburi ödənişlərin yığılması qətiyyən yolverilməzdir. Valideyn komitələrinin vəzifəsi pul toplamaq deyil, məktəb və valideynlər arasında əməkdaşlığı gücləndirməkdir.”

Ekspert əlavə edib ki:

“Bu problemin qarşısını almaq üçün ilk növbədə valideynlər maarifləndirilməlidir. Onlar bilməlidirlər ki, heç kəs onlardan pul tələb edə bilməz və belə hallarla qarşılaşdıqda mütləq Elm və Təhsil Nazirliyinə və digər müvafiq qurumlara məlumat verməlidirlər.”

Ə. Ələkbərov həmçinin vurğulayıb ki:

“Valideyn komitələrinin fəaliyyətinə nəzarət artırılmalı, onların qanunsuz maliyyə toplamasına son qoyulmalıdır. Məktəblərin təsərrüfat və digər xərcləri isə dövlət büdcəsindən qarşılanmalı, valideynlərin üzərinə yüklənməməlidir.”

Sonda təhsil eksperti əlavə edib ki:

“Hər hansı əlavə ehtiyac yalnız könüllülük və şəffaflıq əsasında, bütün valideynlərin razılığı ilə təmin edilməlidir. Məcburi pul yığımı həm valideynləri narahat edir, həm də təhsil mühitində neqativ halların artmasına səbəb olur.”

“Uşaqlarımızın təhsili heç bir ‘fond pulu’na bağlı olmamalıdır. Təhsil ödənişsizdir və belə də qalmalıdır,” – deyə Əli Ələkbərov bildirib.

Rəşanə İsamqızı

Xəbər Lenti

GDU-da AMEA-nın 80 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib24.10.2025 - 12:22
Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib24.10.2025 - 12:09
DİM nümayəndələri Astanada beynəlxalq qiymətləndirmə konfransında iştirak ediblər24.10.2025 - 11:56
Qarabağ Universiteti "VI Beynəlxalq təhsil tədqiqatları konqresi”ndə təmsil olunub24.10.2025 - 11:50
“Fotokameranın kapitanı” kitabının təqdimatı keçirilib24.10.2025 - 11:45
Qarabağ Universitetinin müəlliminin həmmüəllifi olduğu məqalə nüfuzlu elmi jurnalda dərc edilib24.10.2025 - 11:45
BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar keçirilib24.10.2025 - 11:43
“Yaşıl kitabxanalar” adlı yeni nəşr işıq üzü görüb24.10.2025 - 11:30
BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib24.10.2025 - 11:15
"Təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumu” mövzusunda vebinar keçiriləcək24.10.2025 - 10:50
Bakıdakı bağça müdirlərini bir araya topladılar24.10.2025 - 10:40
11 tələbənin Prezident təqaüdü dayandırılıb24.10.2025 - 10:30
100 məktəbin adambaşına maliyyələşməsi üçün 85 milyon manat xərclənəcək24.10.2025 - 10:20
Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır24.10.2025 - 10:10
Testlər ödənişli şəkildə olacaq - Məleykə Abbaszadə24.10.2025 - 10:00
"Bülbülün qonaqları" layihəsi Qurban Pirimovun 145 illiyinə həsr olunub24.10.2025 - 09:57
Gənc müəllimlərə əlavə 2000 manat veriləcək24.10.2025 - 09:50
Təbii bal bu xəstəliklərə şəfadır24.10.2025 - 09:40
Yaşla gələn görmə zəifləməsini tersinə çevirə biləcək sadə yöntəm kəşf edildi24.10.2025 - 09:32
Avropanın ən təhlükəsiz ölkələri 24.10.2025 - 09:30
Dünyanın ən yaxşı hava limanının adı açıqlandı24.10.2025 - 09:20
Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba gəncləri üçün yeni imkanlar yaradıb FOTOLAR 24.10.2025 - 09:15
ChatGPT artıq WhatsApp-da işləməyəcək24.10.2025 - 09:13
Şagird və ya tələbənin motivasiyasını artırmaq üçün hansı üsullar daha təsirli olur?24.10.2025 - 09:10
Türkiyədə məktəb tərk etmə və uşaqlıq əmək problemi artıb24.10.2025 - 08:54
Türkiyədə məktəb tərk etmə kənd bölgələrində daha yüksəkdir24.10.2025 - 08:50
Ali təhsildə 3 ilə məzuniyyət modeli hazırlanır24.10.2025 - 08:39
Braziliyada yaradıcı insanların özünə qarşı tənqidi yanaşması müzakirə olunur24.10.2025 - 08:24
Hindistanda müəllim hazırlığı proqramlarına yeni standartlar tətbiq olunur24.10.2025 - 08:11
*"Aik Sitam Aur" Türkçe Altyazılı Yayımda – Təhsil365*24.10.2025 - 08:00
“525-ci qəzet”in 24 oktyabr sayında nələr var?24.10.2025 - 08:00
Azərbaycan nefti bahalaşdı24.10.2025 - 07:45
BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”24.10.2025 - 07:41
24 oktyabrda baş vermiş tarixi hadisələr24.10.2025 - 07:15
21 ölkədə tərcüməçi işləyib - indi yollarda corab SATIR - VİDEO24.10.2025 - 07:10
Qızıl və gümüşün qiyməti azalıb24.10.2025 - 07:00
Bu gün dramaturq Hüseyn Cavidin anım günüdür. 24.10.2025 - 06:54
NASA yeni Ayın Yerin yanına çatacağı tarixi təsdiqlədi24.10.2025 - 06:45
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər24.10.2025 - 06:30
Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb24.10.2025 - 06:15
"German Academic Exchange Service" (DAAD) mübadilə proqramı çərçivəsində təlim keçirilib24.10.2025 - 06:08
Səhər saatlarında yollarda tıxac yaranıb24.10.2025 - 06:00
UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu24.10.2025 - 05:56
"Apple" əməkdaşı soyadını "Samsung"a görə dəyişməli olub24.10.2025 - 05:55
"Dizayn Həftəsi"nin yekunlarına dair hesabat tədbiri keçirilib və "ŞƏBƏKƏ"sərgisinij açılışı olub24.10.2025 - 05:42
Nəriman Qurbanov vəfat etdi24.10.2025 - 05:40
Azərbaycan Universitetinin 90 tələbəsi PTE sertifikatını əldə edib24.10.2025 - 05:28
Bu bölgələrdə yeni musiqi məktəbləri tikiləcək - SİYAHI 24.10.2025 - 05:25