Ayaz Bağırov adına Qaralar kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq şagirdlərin hüquqi biliklərinin artırılması məqsədilə “Konstitusiya nədir?” mövzusunda maarifləndirici söhbət təşkil olunub.
‘’Tehsil365’’ xəbər verir ki, söhbət zamanı şagirdlərə konstitusiyanın anlayışı, tarixi, əhəmiyyəti və vətəndaşların hüquq və vəzifələrini necə tənzimlədiyi barədə ətraflı məlumat verildi. Bildirildi ki, konstitusiya dövlətin əsas qanunudur və ölkədə hüquqi münasibətlərin əsasını təşkil edir. Həmçinin vurğulandı ki, Azərbaycan respublikasının konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuşdur və həmin gündən bu sənəd vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır.
Söhbət zamanı “Azərbaycan Respublikasının Konstitusiyası”ndan seçmə maddələr oxundu, şagirdlərə konkret misallar əsasında izahlar verildi. Şagirdlər Konstitusiya ilə bağlı suallar verdilər və müzakirələrdə fəal iştirak etdilər.

