Təhsil 365 - Logo Mobile

"Ailə daimi öz-özünü quran, inkişaf etdirən institutdur" - DEPUTAT

10424.09.2025 - 09:00
"Ailə daimi öz-özünü quran, inkişaf etdirən institutdur" - DEPUTAT

"Ailə institutunun tərkibi və əsas "nüvəsi" cütlükdür. Eyni zaman da övladsız ailəni tam hesab etmək olmaz. Ailə münasibətləri dedikdə biz ancaq nikaha daxil olmuş iki insanın münasibətlərinə yox, eləcədə valideynlərin övladlarla, övladların valideynlərə, övladların öz arasında, yəni ailədə hər kəsin bir-biri ilə qarşılıqlı olan münasibətlərdən danışırıq. Bu münasibətlərə dair müasir şəraitdə gözləntilər və tələblər dəyişilib.Əsrlər öncə ailəyə kənardan olan faktorların təsiri, daxili faktorlarla müqayisədə nisbətən az idi. Lakin cəmiyyətin sənayeləşməsi, valideynlərin hər birinin məşğulluğu, xarici psixoloji, mədəni, sosial təsir faktorlar ailənin daxili faktorlarından daha təsirli özünü göstərir. Xarici faktorların təsir etmə gücü ailənin daxili möhkəmliyindən asılıdır".

‘Tehsil365’’ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, müasir zamanda cütlüyün özünün və övladlarının üzərində işləməsi vacibdir:

"Ailə daimi öz-özünü quran, öz-özünü inkişaf etdirən institutdur. Belə anlar olur ki, gənc valideynlər öz övladlarının inkişafında, "məni necə tərbiyə ediblər, bizim zamanımızda belə idi, biz də tərbiyə olunmuşuq və s." kimi misallar çəkərək, öz övladlarının inkişafında da eyni yanaşmaları tətbiq etməyə çalışırlar. Dəyərlər, prinsiplər eyni qala bilər, amma yanaşmalar dəyişilməlidir. Əgər valideynlər öz övladlarını onları necə inkişaf etdiriblərsə, eyni köhnə yanaşmalarla öz övladlarını inkişaf etdirərlərsə, o zaman onların övladlarının inkişafı orta hesabla 25 il geridə qalır. Bu günkü cəmiyyətin tələbləri, gözləntiləri və imkanları fərqlidir. Valideynlər bir-birinə tərəfdaş, övladları ilə yaxın dost olmalıdır. Cəmiyyətimizdə köhnə fikirli ifadələrə rast gəlmək olar. Elə valideynlər var ki, fəxrlə söyləyirlər ki, "övlad ilə valideyn arasında pərdə olmalıdır". "Dünyaya övlad gətirən valideyn ilə övladı arasında niyə pərdə olmalıdır?" Bəli, hörmət olmalıdır, lakin övladla hər hansı bir mövzuda valideyn danışmağa hazır olmalıdır. Bunun üçün valideynlər müasir zamana uyğun bilik və məlumata malik olmalıdırlar. Misal üçün, övlad süni intellektlə maraqlanırsa, valideyn övladı ilə eyni səviyyədə bu mövzuya dair fikir mübadiləsi aparmaq üçün bu mövzunu özü yaxşı bilməlidir. Övlad maraqlandırılan sualların cavabını valideynindən tapmasa, onun cavabını çöl mühitdə tapacaq. Onun müsbət və ya mənfi nəticələrinə heç kim cavabdeh deyil".

Deputat onu da vurğuladı ki, ailə institutun inkişafı o zaman möhkəm olur ki, daxildə ailənin bünövrəsi düzgün qoyulur:

"Dövlət və cəmiyyətin addımları vacibdir, amma kifayət deyil. Yəni ailənin inkişafı, özünü qoruması ilk növbədə ailənin özündən asılıdır. Xüsusilə nikaha daxil olan və valideyn olmağa qərar verən hər iki insandan asılıdır. Savadlı, özü və övladları üzərində işləyən valideyn və sadəcə öz övladlarını tox, mədəni tərbiyə edən valideynlə ciddi fərqi vardır. Valideyn öz övladının inkişafı ilə məşğul olmalıdır, hər gün ən azı 45 dəqiqə danışmalıdır və yaşa uyğun onun inkişaf, psixologiyasını bilməlidir. Hal-hazırda bu artıq üstünlük deyil, ehtiyacdir. Əgər bu təmin olunmazsa, uşağa xarici faktorların təsiri daha güclü olacaq. Sonra təəccüblənmək lazım deyil, "niyə sosial şəbəkələr övladıma belə təsir edir?" Ona görə ki, daxildə olan təsir resursu, valideyn kifayət qədər hazırlıqlı deyil və güclü təsirə malik deyil. Keçmişdən fərqli olaraq, bu günün tələbləri tamam fərqlidir. Bu səbəbdən yanaşmalar da dəyişilməlidir. Sağlam ailənin formalaşması, sağlam ailənin qurulması ilk növbədə o ailəni yaradan insanların sağlamlığından, savadlılığından və öz üzərində işləməsindən asılıdır. Məsələn, valideyn evdə kitab oxumursa, təəccüblənmək lazım deyil, niyə onun övladı kitab oxumur? Heç bir məktəb, heç bir təhsil sistemi övladın kitab oxumağına o vərdişi ilk formalaşdıran olmamalıdır. O vərdiş, ilk növbədə ənənəvi olaraq ailədə formalaşır. Bu sadəcə bir nümunədir".

Səma Qarayeva

Xəbər Lenti

GDU-da AMEA-nın 80 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib24.10.2025 - 12:22
Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib24.10.2025 - 12:09
DİM nümayəndələri Astanada beynəlxalq qiymətləndirmə konfransında iştirak ediblər24.10.2025 - 11:56
Qarabağ Universiteti "VI Beynəlxalq təhsil tədqiqatları konqresi”ndə təmsil olunub24.10.2025 - 11:50
“Fotokameranın kapitanı” kitabının təqdimatı keçirilib24.10.2025 - 11:45
Qarabağ Universitetinin müəlliminin həmmüəllifi olduğu məqalə nüfuzlu elmi jurnalda dərc edilib24.10.2025 - 11:45
BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar keçirilib24.10.2025 - 11:43
“Yaşıl kitabxanalar” adlı yeni nəşr işıq üzü görüb24.10.2025 - 11:30
BDU-da “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib24.10.2025 - 11:15
"Təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumu” mövzusunda vebinar keçiriləcək24.10.2025 - 10:50
Bakıdakı bağça müdirlərini bir araya topladılar24.10.2025 - 10:40
11 tələbənin Prezident təqaüdü dayandırılıb24.10.2025 - 10:30
100 məktəbin adambaşına maliyyələşməsi üçün 85 milyon manat xərclənəcək24.10.2025 - 10:20
Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır24.10.2025 - 10:10
Testlər ödənişli şəkildə olacaq - Məleykə Abbaszadə24.10.2025 - 10:00
"Bülbülün qonaqları" layihəsi Qurban Pirimovun 145 illiyinə həsr olunub24.10.2025 - 09:57
Gənc müəllimlərə əlavə 2000 manat veriləcək24.10.2025 - 09:50
Təbii bal bu xəstəliklərə şəfadır24.10.2025 - 09:40
Yaşla gələn görmə zəifləməsini tersinə çevirə biləcək sadə yöntəm kəşf edildi24.10.2025 - 09:32
Avropanın ən təhlükəsiz ölkələri 24.10.2025 - 09:30
Dünyanın ən yaxşı hava limanının adı açıqlandı24.10.2025 - 09:20
Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba gəncləri üçün yeni imkanlar yaradıb FOTOLAR 24.10.2025 - 09:15
ChatGPT artıq WhatsApp-da işləməyəcək24.10.2025 - 09:13
Şagird və ya tələbənin motivasiyasını artırmaq üçün hansı üsullar daha təsirli olur?24.10.2025 - 09:10
Türkiyədə məktəb tərk etmə və uşaqlıq əmək problemi artıb24.10.2025 - 08:54
Türkiyədə məktəb tərk etmə kənd bölgələrində daha yüksəkdir24.10.2025 - 08:50
Ali təhsildə 3 ilə məzuniyyət modeli hazırlanır24.10.2025 - 08:39
Braziliyada yaradıcı insanların özünə qarşı tənqidi yanaşması müzakirə olunur24.10.2025 - 08:24
Hindistanda müəllim hazırlığı proqramlarına yeni standartlar tətbiq olunur24.10.2025 - 08:11
*"Aik Sitam Aur" Türkçe Altyazılı Yayımda – Təhsil365*24.10.2025 - 08:00
“525-ci qəzet”in 24 oktyabr sayında nələr var?24.10.2025 - 08:00
Azərbaycan nefti bahalaşdı24.10.2025 - 07:45
BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”24.10.2025 - 07:41
24 oktyabrda baş vermiş tarixi hadisələr24.10.2025 - 07:15
21 ölkədə tərcüməçi işləyib - indi yollarda corab SATIR - VİDEO24.10.2025 - 07:10
Qızıl və gümüşün qiyməti azalıb24.10.2025 - 07:00
Bu gün dramaturq Hüseyn Cavidin anım günüdür. 24.10.2025 - 06:54
NASA yeni Ayın Yerin yanına çatacağı tarixi təsdiqlədi24.10.2025 - 06:45
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər24.10.2025 - 06:30
Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb24.10.2025 - 06:15
"German Academic Exchange Service" (DAAD) mübadilə proqramı çərçivəsində təlim keçirilib24.10.2025 - 06:08
Səhər saatlarında yollarda tıxac yaranıb24.10.2025 - 06:00
UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu24.10.2025 - 05:56
"Apple" əməkdaşı soyadını "Samsung"a görə dəyişməli olub24.10.2025 - 05:55
"Dizayn Həftəsi"nin yekunlarına dair hesabat tədbiri keçirilib və "ŞƏBƏKƏ"sərgisinij açılışı olub24.10.2025 - 05:42
Nəriman Qurbanov vəfat etdi24.10.2025 - 05:40
Azərbaycan Universitetinin 90 tələbəsi PTE sertifikatını əldə edib24.10.2025 - 05:28
Bu bölgələrdə yeni musiqi məktəbləri tikiləcək - SİYAHI 24.10.2025 - 05:25