Təhsil 365 - Logo Mobile

“Bullinq təkcə uşaqları deyil, cəmiyyəti də əhatə edir” – Təranə Piriyeva

18024.09.2025 - 12:05
“Bullinq təkcə uşaqları deyil, cəmiyyəti də əhatə edir” – Təranə Piriyeva

Məktəblərdə şagirdlər arasında bullinq halları cəmiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Aqressiv davranışların yaratdığı fəsadlar həm uşaqların psixoloji durumuna, həm də təhsil prosesinə ciddi təsir göstərir.

Məsələ ilə bağlı “Tehsil365”ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva məlumat verib.

Komitədən bildirilib ki:

“Uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə real vəziyyətin təhlil edilməsi məqsədilə ‘Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinq’ adlı araşdırma işi həyata keçirilmiş, aqressiv davranışların (bullinqin) yayılma səviyyəsi, yaranma səbəb və nəticələri, bullinqlə mübarizə yolları təhlil edilmişdir. Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə bağlı 30 nəfər mütəxəssislə dərinləşdirilmiş müsahibə aparılmış və məzmun təhlili həyata keçirilmişdir. Əldə edilmiş nəticələr əsasında ailələrə, valideynlərə, ümumi təhsil müəssisələrinə, cəmiyyətə, dövlətə və şəxsin özünə yönəlik təkliflər hazırlanmışdır.”

Komitə həmçinin qeyd edib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında 2020-ci ildən fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin ‘Uşaqdan-uşağa’ layihəsi çərçivəsində yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə məqsədilə Bakı şəhərinin müxtəlif ümumi təhsil müəssisələrində, o cümlədən Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri vasitəsilə müxtəlif bölgələrdə mütəmadi olaraq bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlər, dəyirmi masalar və görüşlər keçirilir.”

Məlumatda vurğulanıb ki, görülən tədbirlərin davamlılığı üçün müxtəlif qurumlarla əməkdaşlıq gücləndirilir:

“Uşaqlar arasında aqressiv davranış halları ilə mübarizə istiqamətində aidiyyəti qurumlarla kordinasiyalı fəaliyyətin daha da gücləndirilməsi və problemin həlli istiqamətində yeni nəticələrin əldə edilməsi məqsədilə 2 dekabr 2024-cü il tarixində Dövlət Komitəsi tərəfindən ‘Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə’ adlı konfrans təşkil edilmişdir. Konfransda Bakı şəhərinin bütün rayonlarından yerli icra hakimiyyəti orqanlarının Uşaq hüquqlarının müdafiəsi üzrə məsul katiblərin, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqların, polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektorların, məktəb direktorlarının və psixoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.”

Komitədən əlavə olunub ki, təlimlərin keçirilməsi də davam etdirilir:

“‘Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)’ mövzusunda Dövlət Komitəsi tərəfindən 17-18 mart 2025-ci il tarixlərində Təlimçilər üçün təlim (TOT) formatında təlim həyata keçirilmişdir. Ekspert qismində dəvət edilmiş Türkiyənin Sakarya Universitetinin İnsan və Toplum Bilimləri Fakültəsinin Sosial Xidmət Bölməsinin müəllimi prof. dr. Mehmet Zafer Danış tərəfindən iştirakçılara yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış, uşaqların bullinqə məruz qalması, bullinqin növləri, habelə onunla mübarizə sahəsində həyata keçirilən profilaktik işin təşkili və s. istiqamətlərdə məlumatlar verilmişdir. Təlimlərə Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin psixoloqları cəlb edilmişdir.”

Yekun olaraq Təranə Piriyeva bildirib ki:

“Bullinq təkcə uşaqları deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edə bilər və bu ciddi problemlə mübarizə təkcə dövlət qurumlarının deyil, həm də qeyri-hökumət təşkilatlarının, təhsilverənlərin, müəllimlərin, ailələrin və bütün cəmiyyətin ümumi vəzifəsidir.”

Rəşanə İsamqızı

Xəbər Lenti

Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı17.01.2026 - 09:28
Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır17.01.2026 - 09:17
Daha bir ölkədə “Novruz” milli bayram elan edildi17.01.2026 - 09:05
Azərbaycanlı tələbə Türkiyədə qəfil vəfat edib 17.01.2026 - 08:58
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib17.01.2026 - 08:40
Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır17.01.2026 - 08:29
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 08:14
AzMİU ilə “Azərisitiliktəchizat” ASC arasında birgə fəaliyyət imkanları müzakirə edilib17.01.2026 - 07:59
BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib17.01.2026 - 07:46
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək17.01.2026 - 07:30
Hakerlər "Bluetooth" vasitəsilə insanları izləyə bilərlər - XƏBƏRDARLIQ17.01.2026 - 07:14
Həkim: "İndiki uşaqlar infeksiyalarla daha tez-tez qarşılaşırlar"17.01.2026 - 07:00
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər17.01.2026 - 06:48
"ChatGPT" insan beyninə yerləşdiriləcək17.01.2026 - 06:39
ADU-nun Konfutsi İnstitutu Biləsuvarda təhsil əlaqələrini genişləndirir17.01.2026 - 06:27
AzTU beynəlxalq mübadilə proqramlarını genişləndirir17.01.2026 - 06:08
Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
Azərbaycanda tanınmış həkim vəfat etdi17.01.2026 - 04:30
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56