Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Kollecin şəhid məzunlarının valideynləri və qazilər də iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kollecin direktoru, dosent Ata Babayev çıxış edərək 27 Sentyabrın Azərbaycan tarixində əhəmiyyətli gün olduğunu qeyd edib, şəhidlərin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.