Təhsil 365 - Logo Mobile

Peşə təhsilində yüksək gəlir - Bu ixtisaslarda 5000 manata qədər yüksələ bilər

6128.09.2025 - 13:40
Peşə təhsilində yüksək gəlir - Bu ixtisaslarda 5000 manata qədər yüksələ bilər

Peşə təhsili alan şəxslərin gələcəkdə yüksək gəlir əldə etməsi üçün seçdikləri sahə olduqca vacibdir. Bu seçim həm əmək bazarının tələbləri, həm də seçilən ixtisasın inkişaf dinamikası ilə sıx bağlıdır. Azərbaycanda və dünyada elə peşələr var ki, həm hazırda, həm də gələcəkdə yüksək qazanc imkanları təqdim edir. Bu baxımdan, abituriyentlər üçün düzgün sahə seçimi onların karyera və maddi gələcəklərinə birbaşa təsir edir.

“Tehsil365” AzEdu.az a istinadən xəbər verir ki, mövzu ilə bağlı təhsil ekperti Rizvan Fikrətoğlu ilə həmsöhbət olub. 

"Ümumiyyətlə, peşə təhsili alan şəxslərin gələcəkdə yüksək gəlir əldə etməsi üçün seçdikləri sahə çox vacibdir. Bu seçim həm əmək bazarının tələbləri, həm də ixtisasın dinamikası ilə bağlıdır.

Azərbaycanda və dünya təcrübəsində müəyyən peşələr var ki, həm hazırda, həm də gələcəkdə yüksək gəlir vəd edir. Məsələn, yüksək gəlir gətirən sahələrdən biri İT və proqramlaşdırmadır. Buraya veb proqramlaşdırma, şəbəkə inzibatçılığı və kibertəhlükəsizlik kimi sahələr daxildir. Bu sahələr üzrə peşə təhsili alanların orta aylıq gəliri təxminən 1200–1300 manat, bəzən isə daha yüksək ola bilər. Bundan əlavə, müstəqil çalışan proqramçılar, yəni frilanserlər, daha yüksək gəlir əldə edə bilirlər. Ümumiyyətlə, rəqəmsallaşma artdıqca bu sahələrə olan tələbat da artır.

Rəqəmsallaşma dövründə gəlirli sahələrə daxil olmaq bu sahələr üzrə peşə təhsili almaqla mümkündür. Daha sonra elektrik və avtomatika üzrə yüksək gəlirli peşələrə keçmək olar. Bu sahədə sənaye ilə bağlı məsələlər  sənaye avtomatikası, avtomatlaşdırma və s. vacib yer tutur. Bu sahələr üzrə gəlir 1500-2500 manat arasında dəyişir, şəxsi fəaliyyətdə isə daha yüksək ola bilər. Ümumilikdə, sənayeləşmə və tikinti sektorunun genişlənməsi bu sahəyə olan ehtiyacı artırır.

Avtomobil diagnostikası və təmiri də gəlirli peşələr sırasındadır. Avtoservis sahəsində çalışan ustalar orta hesabla 1500-5000 manat civarında gəlir əldə edə bilirlər. Xüsusilə, fərdi sahələr üzrə ixtisaslaşmış ustalar daha çox qazanırlar. Avtomobillərin sayının artması, rəqəmsal diaqnostika və elektron sistemlərə keçid bu peşəyə marağı artırır.

Qaz qaynaqçılığı da yüksək gəlirli sahələrdən biridir. Sənayedə qaynaq texnologiyaları üzrə təhsil alan şəxslərin gəliri 1200-4000 manat arasında dəyişə bilər. Xüsusilə, neft-qaz sektorunda və beynəlxalq layihələrdə çalışan mütəxəssislər daha yüksək qazanc əldə edə bilirlər. Ümumiyyətlə, mühəndislik və sənaye layihələrində işləmək üçün bu sahədə qabiliyyət və bilik gəlirin artırılmasına şərait yaradır.

Bundan başqa, soyuducu, kondisioner və isitmə sistemləri üzrə çalışan ustalar  yəni texniklər də yaxşı qazanc əldə edirlər. Bu sahədə gəlir təxminən 800-2500 manat arasında dəyişir. Çünki bütün mövsümlərdə bu xidmətlərə tələbat yüksəkdir.

Dizayn sahəsində də interyer və eksteryer dizayn, məsələn, 3D interyer vizuallaşdırma, mebel dizaynı və dekorativ sənətkarlıq  yaxşı gəlir mümkündür. Bu sahələrdə gəlir 800-3000 manat arasında dəyişə bilər. Layihənin səviyyəsi və keyfiyyəti yüksək olduqda gəlir də artır. Estetikaya olan tələbin artması, yaradıcı yanaşma bu sahənin əhəmiyyətini artırır.

Amma daha aşağı gəlirli sahələr də mövcuddur. Məsələn, tikiş və dərzi sahəsində gəlir 300-700 manat, aşpaz köməkçisi 350-600 manat, satıcı və kassir isə 400-700 manat civarında qazanır.

Əgər məqsəd qısa zamanda yüksək gəlir əldə etməkdirsə, texniki və texnoloji peşələrə - yəni İT, avtomatika, qaynaqçılıq, avtomobil diaqnostikası sahələrinə yönəlmək daha sərfəlidir. Bu sahələrdə mükəmməl praktiki bacarıq və müştəri məmnuniyyəti yüksək gəlirin əsas açarıdır.

Xarici sertifikatlar və ya kurslar vasitəsilə bilik səviyyəsini artırmaq da bu sahələrdə rəqabət üstünlüyü yaradır".

Çiçək Baxşıyeva

Xəbər Lenti

Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55
Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Latviyanın tibb müəssisələri və universitetlərinin fəaliyyəti ilə tanış olub07.12.2025 - 11:47
Gürcüstanda əcnəbi tələbələrə “qırmızı işıq” - Azərbaycana problem? 07.12.2025 - 11:34
Xərçəngə qarşı turşu yeyin - FAYDALARI07.12.2025 - 11:25
Bakıda tarixi abidəyə zərər vuruldu07.12.2025 - 11:10
Nazir müavini süni intellekt sahəsində görüləcək işlərin vacibliyindən danışdı07.12.2025 - 10:55
Vistula Universitetinin rektoru: Burada gördüyüm elmi mühiti universitetimlə bölüşəcəyəm07.12.2025 - 10:45
“Atəşgah” Sığortadan məktəblilərə maarifləndirici təlim07.12.2025 - 10:25
Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilib07.12.2025 - 10:15
BMU Karyera Həftəsi 2025 başlayır!07.12.2025 - 10:05
Azərbaycan tarixi bütün ixtisas qruplarında olmalıdır - SƏBƏBLƏR07.12.2025 - 09:50
Yulafın sağlamlıq üçün zərərləri - ARAŞDIRMA07.12.2025 - 09:40
MDU və AzTU arasında yeni əməkdaşlıq!07.12.2025 - 09:25
BDU-nun dosenti vəfat etdi07.12.2025 - 09:10
Müəllimlərin iş-həyat balansındakı çətinlikləri gündəmə gətirir07.12.2025 - 08:59
Təhsil departamenti işdən çıxarılan işçiləri müvəqqəti geri çağırır07.12.2025 - 08:46
London Meri pulsuz məktəb yeməkləri sxeminin davamını yenidən qiymətləndirir07.12.2025 - 08:33
Böyük Mançester universitetində fırıldaqçılıq iddiaları: Tənzimləyicilər sorğu başlatdı07.12.2025 - 08:20
Uşaqlar üçün riyaziyyat və məntiqin əhəmiyyəti – Müəllimə Əliyeva Dünya ilə reportaj07.12.2025 - 08:07
"Ömür Boyu Davam Edən Empatiya": Xeyriyyəçilik Bradford məktəbləri arasında körpü yaradır07.12.2025 - 07:54
Astrid Tuminez: Şok və kədər arasında liderlik07.12.2025 - 07:41
Alimlər süni intellektlə bağlı araşdırmaların yanlış problemi olduğunu bildirir: "Bu, qarışıqlıqdur"07.12.2025 - 07:28
7 dekabr 1986 — Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov anadan olub07.12.2025 - 07:15
UNESCO-da Kamança sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi” siyahısına daxil edildi07.12.2025 - 07:02
ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib07.12.2025 - 06:52
Almaniyada məktəblilər ayağa qalxdı - “Əsgər getmək istəmirik”07.12.2025 - 06:50
Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi yaradıldı07.12.2025 - 06:49
7 dekabr 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası07.12.2025 - 06:36
Anar Kitab Mükafatı almaq istəyir? – Özü açıqladı07.12.2025 - 06:35
7 dekabr – Beynəlxalq Mülki Aviasiya Günü07.12.2025 - 06:23
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb07.12.2025 - 06:20
Bakıda Azərbaycan İstiqlal muzeyinin açılışından 105 İl keçir07.12.2025 - 06:10
7 dekabr 1947 — Sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə anadan olub07.12.2025 - 05:57