Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Bakı Neft–Energetika Kollecində boş qalan yerlərə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən tələbə adını qazanmış gənclərlə görüşlər keçirilməyə başlanılıb.
“Tehsil365” xəbər verir ki, görüşlərdə kollecin rəhbərliyi tərəfindən tələbələrə təhsil müəssisəsinin fəaliyyəti, ixtisaslar üzrə tədris prosesi, daxili intizam qaydaları və yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, kollecdə tələbələrin bilik və bacarıqlarının inkişafı üçün bütün zəruri şərait mövcuddur.
Tədbirlər zamanı tələbələrin sualları cavablandırılıb, onların kollecin tədris və ictimai fəaliyyətində fəal iştirak etmələrinin önəmi vurğulanıb.