Təhsil 365 - Logo Mobile

Peşə təhsilinə qəbulun sayı çoxalır

7001.10.2025 - 13:18
Peşə təhsilinə qəbulun sayı çoxalır

Ölkədə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə yanaşı, peşə məktəblərinə üz tutanların sayı da getdikcə artır. 

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda tələbələrin sayı 27 mindən 60 minə qalxıb və son 10 ildə yerli universitetlərə qəbul demək olar iki dəfə artıb. 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb. 

Tehsil365” “Cümhuriyyət”-ə istinadən xəbər verir ki, Tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. 

Həmçinin, 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Maraq doğuran odur ki, peşə məktəblərinə qəbul olunanlar arasında ali təhsilli şəxslər də var.

Bu gün həmin şəxslərin peşə məktəblərinə müraciət etməsinin səbəbi nədir, bu, ölkədə əmək bazarının mövcud problemlərindənmi irəli gəlir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, peşə təhsili müəssisələri universitetdən fərqli olaraq qısa vaxt ərzində kadr hazırlayır: 

“Belə ki, bir tələbə universitetdə 4 il təhsil alırsa, peşə təhsili müəssisəsində 1-2 il, yaxud 6 ay müddətində kadr yetişir. Peşə məktəblərinin, xüsusilə də paytaxtda yerləşən peşə təhsili müəssisələrinin infrastrukturuna baxdıqda, bəziləri hətta universitetə bərabərdir. 

Məsələn, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi var ki, oradakı şərait, infrastruktur və müəllim kontingentinin əksəriyyəti olduqca yüksək səviyyədədir. Onlarda olan texniki imkanlar universitetlərdən daha yaxşıdır. Belə məktəblər çoxdur. 

Yaxud, Sumqayıt Sənaye Parkında olan İqtisadi Zonaların İnkişafı Agentliyinin həyata keçirdiyi layihə əsasında fəaliyyət göstərən peşə məktəbinin binası o qədər möhtəşəmdir ki, göz oxşayır. Peşə məktəblərində son vaxtlar infrastruktur baxımından irəliləyiş var”. 

Ekspertin sözlərinə görə, ali təhsillilərin peşə məktəbini seçməsinin bir neçə səbəbi var: 

“Onlardan biri odur ki, məsələn, tələbə “Filologiya” ixtisasını bitib, ancaq sahəsini İT üzrə qurub. Peşə məktəbində İT üzrə bir neçə ixtisas var. Həmin şəxs düşünür ki, bununla bağlı hansısa kursa getməkdənsə, gedib 1 il, 6 ay həmin kursu orada keçsin. Həm ödənişi cibində qalsın, həm İT üzrə diplom alsın. İkinci səbəb isə odur ki, həmin şəxs ali təhsilli olsa da hansısa bir sənət bilir. Məsələn, deyək ki, “santexnik”dir. 

Bu gün sənət daha çox qazanc gətirir, nəinki ixtisas. Həmin şəxs fikirləşir ki, hansısa böyük şirkətdə işləmək üçün bu peşə ilə bağlı diplom alsın. Yaxud bərbərlik öyrənmək istəyən gedib 6 aya hər hansı bir bərbərin yanında öyrənməkdənsə, peşə məktəbində bu ixtisası öyrənməyə üstünlük verir. 

Çünki peşə məktəbləri müəllim götürərkən tələblər qoyur ki, həmin sahə üzrə minimum 5 il rəsmi təcrübəsi olmalıdır. Yaxud ali təhsilli şəxs avtomobil rəngsazı, mühərrik yığıcısı olmaq istəyirsə, düşünür ki, qısa vaxtda bu peşəni öyrənib pul qazanacaq”. 

Digər bir səbəb odur ki, peşə məktəbləri işəgötürənlə müqavilə imzalayır:

“Mən çox insan tanıyıram ki, peşə məktəbində avtomobil sahəsi üzrə təhsil alıb. Rəsmi distributor olan beynəlxalq brendlərin avtomobil sexlərində işləyənlər var və yüksək əməkhaqqı alırlar”. 

Ekspertin fikrincə, hər ali təhsil alan şəxsin də öz sahəsində uğurlu olmaması faktdır: 

“Bu ya aldığı keyfiyyətsiz təhsillə bağlı, ya da o sahəyə həvəsinin olmaması, bacarmamasından asılı ola bilər. Həmçinin o sahədə əməkhaqqının az olmasından irəli gələr. O şəxs düşünür ki, qısa müddətdə peşə kursu keçib rahat şəkildə pul qazana biləcək. Çünki buna tələbat var. Bu gün alimin, həkimin, fəhlənin də avtomobili var. 

Onlar maşını təmir etmək üçün məhz təmirçinin yanına gedəcəklər. O, bu sahəni öyrənməklə nələrisə əldə edə bilir. Azərbaycanda ən çox ali təhsillilər peşə məktəbində İKT sahəsinə üz tuturlar. Bu gün ölkədə tanınmış, brend mağazalarda bu sahədə peşəkarlara ehtiyac var. Yəni insanlar öz sahələrində ya tamamilə uğursuzdur, ya da qismən uğurludur. 

İstəyinə çata bilmir və peşə məktəbini seçirlər. Mən düşünürəm ki, 65 nəfər ali təhsillinin peşə məktəbini seçməsi azdır. Peşə məktəbinə müraciət edən ali təhsillilərin sayı daha çoxdur. Sadəcə qəbul olanların sayı 65 olub”. 

Ekspertin sözlərinə görə, burada digər əsas məqamlar da var: 

“Məsələn, abituriyent Tibb Universitetinə qəbul olmaq istəyir, ancaq balı çatmadığından, biologiya müəllimliyi ixtisasını seçməli olur. Bu zaman həmin ixtisasda uğurlu olmur. Nəticədə  yeni peşə ixtisası axtarmağa məcbur olur. Yaxud da müşahidə edirik ki, çox sayda insan əlavə təhsillə bağlı müraciət edir. Məsələn, hər hansı fənn üzrə müəllim ixtisasını öyrənib, ancaq indi hüquqa, psixologiyaya sənəd verir. Onların sayı hədsiz çoxdur. Hətta hansısa ali məktəbi bitirən yenidən kollecə sənəd verir. 

Məsələn, prestijli bir ixtisası bitirib, ancaq gedib tibb kollecinə sənəd verir. Düşünür ki, tibb bacısı olmaqla normal maaş alacaq. Onların bir qismi də qısa zamanda peşəyə yiyələnmək üçün məhz peşə məktəbini seçir. 

Ümumilikdə, bu tendensiya getdikcə artır. Çünki bizdə əmək bazarı da düzgün tənzimlənmir. 10 nəfər sosial işçiyə ehtiyac varsa, 200 kadr hazırlanır. Əmək bazarı da rəqabətli olduğu üçün onların da çoxu uğursuz olur. Azərbaycanda o qədər insan var ki, öz sahəsində işləmir. Ancaq konkret şəkildə deyilsə ki, bu insanlar məhz həmin sahədə çalışmalıdırlar, onda işləyənlərin çoxu işsiz qalacaq”. 

Çiçək Baxşıyeva

Xəbər Lenti

Yaradıcı Mərkəz STEAM Azərbaycan Festivalında iştirak edir17.11.2025 - 19:55
Yasamalda 15 yaşlı yeniyetmə bıçaqlanaraq öldürüldü17.11.2025 - 18:52
Məktəblilər “Ədibin Evi”ndə dil, mədəniyyət və suverenlik arasında əlaqələri müzakirə ediblər17.11.2025 - 18:50
“Köhnə tədris metodları şagirdi yorur, yaradıcı və interaktiv dərs isə onda həm müəllimə, həm də fənnə sevgi yaradır”-ekspertdən açıqlama17.11.2025 - 18:45
Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən müsabiqəyə yekun vurulub17.11.2025 - 18:35
Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb17.11.2025 - 18:15
Tbilisidə Milli Dirçəliş Gününə həsr olunmuş konsert təşkil olunub17.11.2025 - 17:55
“İqlim dəyişmələri və onun gender bərabərsizliyinə təsiri” adlı dəyirmi masa keçirilib17.11.2025 - 17:45
Varşava Universitetində Türk mərkəzi yaradılır17.11.2025 - 17:42
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir17.11.2025 - 17:38
Azərbaycanda deputat baş redaktor oldu17.11.2025 - 17:37
Saməddin Əsədov: "Gələn il Xəzərin dibi ilə fiber-optik kabelin çəkilməsinə başlanılacaq"17.11.2025 - 17:33
Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb17.11.2025 - 17:32
Cəlal İbrahimli Ankarada KAFKASSAM-da səfərdə olub17.11.2025 - 17:30
İranın rabitə naziri Azərbaycana səfərə gəlib17.11.2025 - 17:23
“Peşəkar kommunikasiya və emosional zəka: komanda daxili birliyin artırılması” mövzusunda keçirilib17.11.2025 - 17:21
ADU-da İsrail mədəniyyət və incəsənət həftəsi başlayıb17.11.2025 - 17:15
Rəşad Nəbiyev: "Ölkəmiz rəqəmsal identifikasiya sahəsində də öncül ölkələr sırasındadır"17.11.2025 - 17:13
Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurulub17.11.2025 - 17:06
Dorin Boqdan Martin: "Milyardlarla insan ümumiyyətlə internetdən istifadə etmir"17.11.2025 - 17:04
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilib 17.11.2025 - 17:00
“Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim təşkil olunub17.11.2025 - 16:59
Prezident: "Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib"17.11.2025 - 16:58
CƏMİYYƏT “ASAN xidmət”in “INNOLAND” mərkəzi “Web Summit 2025”də17.11.2025 - 16:57
Azərbaycan Prezidenti: "Bakı bu gün həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır"17.11.2025 - 16:55
Azərbaycanlı alim Almaniyada tədqiqat işləri aparıb17.11.2025 - 16:48
Nazir müavini: "2026-29-cu illər üçün qlobal rəqəmsal inkişafın yol xəritəsi qəbul ediləcək"17.11.2025 - 16:47
Peşəkar mühasib imtahanının II mərhələsinə qeydiyyat başladı17.11.2025 - 16:45
ADU-da IV kurs tələbələri üçün TKT Module 3 təliminə start verilib17.11.2025 - 16:45
Bakıda muzeylərdən biri müvəqqəti bağlanır17.11.2025 - 16:36
Gündə 1 fincan qəhvə ürəyi qoruyur17.11.2025 - 16:35
İqrar Nəzərov: STEAM təhsili şagirdlərə yalnız nəzəriyyə deyil, həm də həyat təcrübəsi yaradır17.11.2025 - 16:24
Sakitləşdirir, ağrıları azaldır17.11.2025 - 16:20
ADU-da mikromobillik və dayanıqlı nəqliyyat mövzusunda maarifləndirici sessiya keçirilib17.11.2025 - 16:15
Nazir tamştatlı müəllim konseptinin həyata keçiriləcəyi vaxtı açıqlayıb17.11.2025 - 16:13
Sarımsağı səhv yeyirsiniz: Maksimum fayda üçün bunu edin17.11.2025 - 16:05
Nazir: Tamştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır17.11.2025 - 16:02
Alman dili müəllimlərinin peşəkar inkişafına həsr olunmuş növbəti görüş keçirilib17.11.2025 - 16:00
Qoz qabıqlarını atmayın: evdə çox işinizə yarayacaq17.11.2025 - 15:50
Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq17.11.2025 - 15:44
Kivini qabığını soymadan yeyin!17.11.2025 - 15:35
Baxa aid iki yeni əsər kəşf olundu - 320 il sonra17.11.2025 - 15:32
“Ədəbiyyat və incəsənət: Estetik sintez və mədəni transformasiya” mövzusunda elmi seminar keçirilib17.11.2025 - 15:30
Nazir: Kənd məktəblərinə yaxşı müəllim göndərmək çətindir17.11.2025 - 15:24
"Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda təlim proqramına başlanıb17.11.2025 - 15:20
BANM komandaları “GİNius 86.600” yarımfinalında I yerə yüksəldi17.11.2025 - 15:20
Musiqili Teatrda Kamal Abdullanın tamaşasının premyerası olacaq17.11.2025 - 15:15
Bakı Ali Neft Məktəbinin (BANM) Hazırlıq ili tələbələri arasında şahmat yarışı keçirilib17.11.2025 - 15:11