Tələbələrdən alınan məlumata görə 2 saylı Bakı Baza Tibb Kollecində bufetdən qidalanan bir qrup tələbədə qida zəhərlənməsi halları aşkarlanıb.
“Tehsil365” xəbər verir ki, tələbələrdə ürəkbulanma, başgicəllənmə və qarın ağrısı kimi əlamətlər müşahidə olunub. Hadisə yerinə təcili yardım çağırılıb. Baş verən hadisədən sonra kollecdə bufetin fəaliyyəti məhdudlaşdırılıb.