İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə komitə və RİH nümayəndələri, şəhid valideyni Hamlet Əliyev, müəllim və tələbələr iştirak ediblər. Çıxışlarda ailə institutunun möhkəmlənməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin sağlam ruhda tərbiyəsi vurğulanıb.
Hamlet Əliyev ailə dəyərlərinin Vətənə sədaqət və gənclərin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətini qeyd edib. Sonda tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüblər.