Küveytin “Cabir əl-Əhməd” xəstəxanası ilə Braziliyadakı “Cruz Vermelha” xəstəxanası arasında robot vasitəsilə həyata keçirilmiş cərrahi əməliyyat ən uzun məsafəli robotik əməliyyat kimi Ginnesin Rekordlar Kitabına düşüb.
“Tehsil365” “əl-Cəridə” qəzetinə istinadla xəbər verir ki, qasıq yırtığı üzərində edilən əməliyyat “Zain” beynəlxalq yüksək sürətli şəbəkə infrastrukturunun köməyi ilə və robot vasitəsilə 12034,92 kilometr məsafədən uğurla icra edilib.
Hadisə ilə bağlı Küveyt tərəfinin yaydığı birgə mətbuat açıqlamasında qeyd olunub ki, Ginnesin Rekordlar Kitabının rəsmi sertifikatı səhiyyə naziri Əhməd əl-Avadi, tibbi personal, həmçinin “Zain” və Elmi İnkişaf Fondunun nümayəndələrinə təqdim edilib.

