XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanmış “Əkinçidən 50 il sonra” kitabının təqdimatı olub. Nəşr milli mətbuatın 150 illik yubileyinə həsr olunub və kitabda 1875-ci ildən bu günə kimi Azərbaycanda nəşr olunan qəzet və jurnallar haqqında biblioqrafik məlumatlar yer alıb.
“Tehsil365” xəbər verir ki, kitab Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən nəşr olunub və uzun illərin araşdırmalarının nəticəsidir.

