Payız aylarında ən çox sevilən və masaları bəzəyən meyvələrdən biri də nardır. Min bir dərdin dərmanı sayılan bu meyvə təkcə dadına görə deyil, həm də sağlamlığa faydaları ilə seçilir.
“Tehsil365” xəbər verir ki, narın tərkibində olan antioksidantlar orqanizmi zərərli maddələrdən qoruyur, ürək-damar sisteminin fəaliyyətini gücləndirir. Mütəxəssislər bildirirlər ki, nar suyunun müntəzəm qəbulu həm xolesterini azaldır, həm də immuniteti gücləndirərək orqanizmi mövsümi xəstəliklərə qarşı daha dayanıqlı edir.
Bundan başqa, qədim zamanlardan bəri nar bolluq və bərəkət rəmzi hesab olunub. Bu gün də bir çox ölkələrdə nar həm mətbəxdə, həm də xalq təbabətində geniş istifadə olunur.

