5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə mərkəzin rəhbərliyi, müəllim və əməkdaşları iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, tədbir zamanı təhsil sahəsində çalışan müəllimlərin gənc nəslin formalaşmasında və peşəkar kadrların hazırlanmasında göstərdiyi xidmətlər vurğulanıb, onların əməyinə yüksək qiymət verilib. Mərkəzin rəhbərliyi müəllimlərə təbriklərini çatdıraraq, tədris prosesindəki fədakar fəaliyyətlərinə görə minnətdarlığını bildirib.
Sonda bir sıra müəllimlərə peşəkarlığı və səmərəli fəaliyyətinə görə təşəkkürnamələr təqdim olunub.

