Oktyabırın 3-də Qazax Dövlət Sosial-İqtisadi Kollecində (PHŞ) Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan hüquqları və ayrıseçkilik” mövzusunda tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Cəfərov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qazax Rayon Vəkil Bürosunun müdiri Elgün Abışov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Vəfa Cəbiyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin metodisti Esmira Şıxməmmədova,Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Türkan Allahverdiyeva, psixoloq Şahlıq Mustafayeva, fəal gənc Turxan Mustafayev çıxış edərək bildiriblər ki, Azərbaycan dövləti insan hüquqlarının müdafiəsi istiqamətində son illərdə daha mühüm addımlar atır. Bir sıra qadın hüquqları, əlillərin müdafiəsi, uşaq hüquqları, etnik və dini azlıqların hüquqları sahəsində qanunvericilik təkmilləşdirilir, müvafiq dövlət proqramları qəbul olunur.
Sonda gəncləri maraqlandıran suallara aydınlıq gətirilib.