XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatı Ceyhun Məmmədovun "Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din" və "Gənclərə tövsiyələr" kitablarının imza mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, deputat kitabların mövzusu haqqında məlumat verərək bildirib ki, "Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din" kitabı həm təhsilimizdən, həm mənəviyyatımızdan, həm cəmiyyətimizdən, həm də dövlətimizin apardığı siyasətdən bəhs edir: "Kitabda bizim dinə, cəmiyyətə düzgün baxışımız və digər məsələlər öz əksini tapıb. "Gənclərə tövsiyələr" kitabında isə Azərbaycan gəncinin özünün inkişafı üçün atmalı olduğu addımlar yer alıb. Qeyd olunub ki, gənclərimiz savadlı, bilikli, vətənpərvər olmalı, daim öz bacarıqları üzərində işləməli, zamanın dəyərini bilməlidirlər. Kitabın əsas məqsədi gənclərin inkişafına töhfə verməkdir”.

