Bolqar yazıçısı Gospodinovun bu əsəri çox maraqlı və qeyri-adi mövzuya toxunur.
“Tehsil365” təhlil edir ki, Avropada bir klinika açılır və burada Alzheimer xəstələri üçün keçmişin illərinə uyğun otaqlar yaradılır – məsələn, 60-cı illərin otağı, 70-ci illərin küçəsi və s. Sonradan bu ideya bütün cəmiyyətə yayılır: insanlar keçmişin illərində yaşamaq üçün bu məkanlara köçür. Əsərin əsas mövzusu insanın keçmişdən qopmamaq arzusu və zamanın nisbi olmasıdır.

