Türkiyəli Nobel mükafatçısı Orxan Pamukun bu romanı həm siyasi, həm dini, həm də fəlsəfi qatlara malikdir.
“Tehsil365” təhlil edir ki, əsərin qəhrəmanı şair Ka Almaniyadan Türkiyəyə, Karsa gəlir və burada qar fırtınası səbəbindən ilişib qalır. Qar burada həm təmizlik, həm təcrid, həm də soyuqluğun simvoludur. Əsərdə islamçılar, dünyəvilər, intihar edən gənc qızlar, teatr tamaşaları bir-birinə qarışır. Əsərin qeyri-adiliyi ondadır ki, o, həm detektiv, həm siyasi roman, həm də poetik bir hekayədir.

