Məşhur motivasiya mütəxəssisi və uğur təlimçisi Brian Tracy, dünyada milyonlarla insana məqsəd qoyma və şəxsi inkişaf mövzusunda ilham verir. O deyir: “Uğura qalxan lift işləmir. Pilləkənlər isə daim açıqdır.”
“Tehsil365” xəbər verir ki, bu sözlər bizə bir daha xatırladır, böyük uğurlar qısa yol və ya asan vasitə ilə əldə edilmir. Hər bir uğur addım-addım, əzmkarlıq və davamlı zəhmət tələb edir. Pilləkənlər metaforik olaraq bizə göstərir ki, hər bir mərhələni qət etmək, hər bir çətinliyi aşmaq bizim inkişaf yolumuzun ayrılmaz hissəsidir.
Həyatdakı uğurların açarı sürətli nəticə axtarmaqda deyil, səbir və davamlı zəhmətdədir. Hər pilləni dırmaşaraq əldə edilən uğur isə daha dəyərli və davamlı olur.